Rolls-Royce Cullinan Black Badge Bakıda

Rolls-Royce Cullinan Black Badge Bakıda

2018-ci ildən istehsal edilən RR Cullinan modeli şirkətin ilk SUV versiyası olmaqla yanaşı, həm də şirkətin ilk tam ötürücülü avtomobili idi. Avtomobilin adı dünya üzərində indiyə qədər kəşf olunan ən böyük saf cəvahirat olan "Cullinan Diamond"-dan götürülmüşdür.

30 yanvar tarixində “Improtex Motors” şirkəti rəsmi olaraq “Black Badge”-nin ən cəsarətli versiyası olan yeni “Rolls-Royce Cullinan Black Badge”i təqdim etdi.

"Improtex Motors" şirkətinin Baş Direktoru Bayram Yaqubov təqdimat zamanı belə dedi: "dünyanın ən dəbdəbəli SUV-u Cullinan Azərbaycanda son dərəcə yaxşı qəbul edilib. Rolls-Royce Black Badge – lüks həyat tərzi yaşayan müştərilərinin ambisiyalarını və istəklərini əks etdirir. Cullinan Black Badge lüks dünyasını əsrarəngiz tamamilə fərqli bir aləmə aparır.”



Müştərilər üçün eksteryerin rənginin 44.000 -dən artıq hazır olan palitrası mövcuddur, əgər bu kifayət deyilsə - Rolls-Royce komandası sifarişçi üçün eksklüziv olaraq yeni rəng hazırlayacaq. Lakin Black Badge alıcılarının əksəriyyəti bu seriya üçün xüsusi olaraq yaradılmış qara rəngli avtomobil sifariş etməyə üstünlük verirlər. Boya və lakın çoxsaylı qatlarının hər biri əl ilə cilalanmanın 10 mərhələsindən keçir: bu avtomobil sənayesində birrəngli gövdənin boyanmasının ən mürəkkəb prosesidir.

Yeni model digər “qaranlıq” elementləri ilə də seçilir. Xromlanmış "Ekstaz ruhu" heykəlciyi qara parıltıyla örtüldü və "RR" nişanı qara fonda gümüşü oldu. Radiator barmaqlığı, yük yerinin qapısının dəstəyi, alt hava götürücü və işlənmiş qaz boruları qara xrom ilə örtülmüşdür.

Xüsusi Cullinan Black Badge üçün təqdim olunan 22 düymlük yüngül lehimli disklər modeli daha da cəsarətli göstərir. Lüks yolsuzluq avtomobilində ilk dəfə olaraq rəngli əyləc altlıqları tətbiq edilib. Qırmızı boya onlar üçün xüsusi olaraq hazırlanmışdır: bir tərəfdən, həddindən artıq yüksək temperaturlara tab gətirməlidir, digər tərəfdən parlaq struktura malik olmalıdır və Black Badge-nin ümumi görünüşünə ahəngdar şəkildə uyğunlaşmalıdır.



Rolls-Royce Cullinan Black Badge modelinin interyerindəki yenilik dekorativ panellərin arxitekturadakı müasir trendlərdən ilham alınaraq yaradılmış geometrik naxışı və üçölçülü effekti olan karbonla tərtib edilməsidir. Hər bir elementi 6 lak qatı ilə örtüb 72 saat ərzində qurumasını gözləyirlər, sonra isə əllə güzgü parlaqlığına qədər cilalayırlar. Krossoverin tavanı qara dəri ilə örtülür və ulduz yağışı effektini təmin edən 1344 fiber optik işıq diodlarından ibarət “gecə səması” ilə bəzədilir. İlk dəfə olaraq, Cullinan modelinin salonunu “Forge Yellow” rəngli dəri ilə tərtib edilibdir. Və sonunda - avtomobilin arxa oturacağında naxışlanmış sonsuzluq işarəsidir. Rəmz eyni zamanda Rolls-Royce müştərilərinə avtomobilinin sonsuz imkanlarını xatırladaraq ön paneli, kandarı və saat üzərini bəzəyir.



Black Badge ailəsinin bütün modelləri kimi, Rolls-Royce Cullinan-ın “qaranlıq” versiyası da dəyişilmiş dinamik göstəricilərlə fərqlənir. Cullinan Black Badge modelinin kapotunun altında 6,75-litrlik iki turbokompressorlu V12 mühərriki yerləşir. Mühərrikin gücü 571 a.g.-dən 600 a.g.-nə, fırlanma anı isə 850 Nm-dən 900 Nm-ə qədər artırılıb.

Təqdimat vaxtı Avropa (Şərq) və Mərkəzi Asiya Korporativ Kommunikasiyaları üzrə direktoru Frank Tiemann, 2019-cu ildə Azərbaycanda satış rəqəmlərinin yeni bir yüksəkliyə çatdığını təsdiqlədi və “Rolls-Royce Motor Cars Baku”nun satış rekordunu qeyd etdi.
Frank Tiemann qeyd etdi: "əmin olun ki, biz həcmi təqib etməyəcəyik və böyük avtomobil okeanında qiymətli kiçik bir damla qalacağıq: bu, əsl dəbdəbənin və müştərilərimizin tam haqqı ilə gözləməsinin bizim anlayışımızdır.

Qeyd edək ki, bir il əvvəl “Rolls-Royce Motor Cars Baku” şirkəti 2018-ci ildə satış göstəricilərinə görə dünyanın 130 Rolls-Royce dilerlərini qabaqlayaraq nüfuzlu “Global dealer of the Year” mükafatı ilə təltif edilmişdir.








Rəylər

Oxşar məqalələr