1937 Mercedes 540K W29

1937 Mercedes 540K W29

Mercedes-Benz 540K (W29) Almaniyanın Sindelfingen şəhərində, Untertürkheim zavodunda 1936-dan 1940-a qədər istehsal edildi.

1936-da ilk dəfə Paris Motor Show-da təqdim edildi. Friedrich Geiger-in dizayn etdiyi bu avtomobil 2 nəfərlik kabriolet, 4 nəfərlik kupe və ya 7 nəfərlik limuzin (güllə keçirməz zirehli kənarlı və zirehli şüşəli) variantda istehsal edilmişdi. Dövrünün ən böyük avtomobillərindən biri idi.



115 at gücündəki 5.4 mühərriki sıralı 8 silindir idi və bu karbürator mühərrik ikili təzyiq göstərən kompressor ilə daha gücləndirilə bildi. Bu kompressor qısa müddətlik əl ilə və ya qaz pedalına tam axıra qədər basmaqla avtomatik olaraq işə düşürdü. Bu zaman mühərrikin gücü 180 at gücünə qalxaraq maksimal sürəti 170 km/s oldu.

Ötürücü arxa təkərlərdə idi. Standart olaraq transmissiya 4 pilləli mexaniki idi ancaq sifarişlə 5 pilləli mexaniki almaq olurdu. Vakum dəstəkli hidravlik əyləc sistemi avtomobili sürücünün kontrolunda saxlaya bilirdi.

1939-cu ildə 2-ci dünya müharibəsinin başlaması ilə 1940-da avtomobilin 5.8 mühərrikinin istehsal planı sonlandırıldı. Həmin il modelin sadəcə 2 nüsxəsi ərsəyə gətirilə bildi.



Normal və Roadster modellərin üstündə dəyişiklik edilərək təkər bazası uzadılmış 12 xüsusi versiya yaradıldı. Bu avtomobillərin 12-si də üstü açılan model kimi Nazi Almaniyası yüksək vəzifəliləri üçün istehsal edilmişdi. Üstü bağlı modellər Zirehli olduqlarına görə çox ağır idi və normal asqı sistemi o yükü götürə bilmirdi. "De Dion" asqı sistemi məhz bu modellərdə istifadə edildi. Yüksək ağırlıqlarına görə maksimal sürətləri də 140 km/s idi. Bu avtomobillərdən biri Adolf Hitlerə hədiyyə edildi. Dövründə 7500 dollara satılan bu modellər hazırda 2 milyon Euro qiymətə təklif edilir.



Texniki göstəriciləri:

• Motor 5.4 Kompressor / L8 / 180 HP / 431 Nm / 0-100 = 17.1 saniyə / max sürət 170 km.h / trasda 21 L, şəhərdə 38 L / arxa ötürücü / 5 pilləli mexaniki transmissiya / uzunluq 5245 mm, eni 1905 mm, hündürlük 1651 mm, təkər bazası 3289 mm, yerdən hündürlük 203 mm / təkər ölçüsü 6.50-17 / ağırlıq 2594 kq / yanacaq tutumu 120 L






Rəylər

Oxşar məqalələr