Euro standartları nədir?

Euro standartları nədir?

Mühərrikdən çıxan Sport səsi hamımız sevirik, ancaq səs ilə bərabər səs boğucudan çıxıb havaya atılan Azot tullantısı miqdarını heç birimiz düşünmürük. Təbiəti kirlədən bu qazlar üçün standartlar mövcuddur. Misal üçün 2000-ci ilin Mercedes E280 modeli Euro 3 olduğu üçün azot tullantısı hər 1 km üçün 256 qram idisə, Euro 4 olan 2008 Mercedes E280 modelinin azot tullantısı 224 qramdır. Aradakı 32 qram sizə az gələ bilər ancaq unutmayın ki, hər 1 km üçün 32 qram fərq az deyil. Gündəlik təxminən 100 km sürülən avtomobil 1 gün içində əlavə 3.2 kq azot qazını nəfəs aldığımız havaya buraxır. Tək Azərbaycanda minimum 2 milyon avtomobil varsa, təqribi olaraq 1 gün ərzində “əlavə 6400 ton” azot qazı atmosferə atılır. Mən hələ 5.5, 6.5 motorları, günə 400-500 km sürülən, ili daha köhnə olan maşınları hesaba qatmadım. Fərq nəzərə çarpsın deyə 1 gün ərzində təqribi tullantını diqqətinizə çatdırmaq istədim.




Bəs Euro 4 nədir? Euro 4 sistemi yeni avtomobillərin səs boğucusundan çıxan qazların təbiəti nə qədər kirlədəcəyi haqqında təkmilləşdirilmiş standartların yeni formasıdır. Bu standartlara təkcə azot qazı aid deyil. Misal üçün, Euro 3 standartında ABS (əyləc sistemi) tələb olunmurdusa, Euro 4 standartlarına görə ABS sistemi mütləq olmalıdır. İş o qədər ciddidir ki, avtomobilin yanacaq çənindən buxarlanan yanacağın miqdarına qədər sərhəd qoyurlar, bütün ömrü boyu buxarlanma stabil qalmalıdır. Bildiyiniz kimi Avtomobillərin ölkəmizə daxil olması barədə Avropa standartlarına keçilib. Hazırda Euro 4 standartı tələb olunur. Vaxt gələcək Euro 5 standartını tələb edəcəklər. Misal üçün hazırda istehsal edilən 2017 Mercedes E300 modeli Euro 6-dır və azot tullantısı 144 qramdır. 2017 Bugatti Chiron modelində bu dəyər 516 qramdır. Bu Euro standartlarında istehsalçıya yanacağı azalt tələbi qoyulmur. Əsas tələb emissiya dəyərlərini azaltmaq üçündür.



Euro 2 standartından Euro 3-ə keçid ediləndə Euro 2-yə görə karbon monoksid, hidrokarbonat və nitrogen oksid miqdarının üzərinə ciddi düşmüşdülər. Zəhərli qazların daha az zəhərli olması üçün böyük katalitik çeviricinin taxılması, injektor sistemləri ilə nə qədər yanacağın motora getdiyini hesablayan dəqiq sistemin quraşdırılması, əmələ gələn enerjinin minimum səviyyədə səs boğucudan atılması və yaxşı şəkildə filtr edilməsi tələbi qoyulmuşdu. 1992-ci ildən Euro 1 standartı altında modellər istehsala başlamışdı. 2016-2020 illəri arasındakı hədəf 147 qramdır. 2021-ci ildən bu rəqəmi 95-ə salmağı düşünürlər. Ölkəyə daxil olan avtomobillərin Euro standartını dəyişmək isə asan başa gəlmir. Çünki Euro standartları inkişaf etdirildikcə istifadə olunan yanacağın da buna uyğun standarta keçilməsi, inkişaf edən motorların daha elektronik olması səbəbi ilə avto servislərdə bu motorları oxumaq üçün lazım olan cihazların gətirilməsi tələb olunur. Hətta Euro 5-dən Euro 6-ya keçən dizel motorlarda belə dizelin tərkibində olan kükürdün miqdarı 1.000 ppm-dən aşağı olmalıdır, yəni təmiz motorlar təmiz yanacaq tələb edir.



Aşağıdakı şəkil xaricdən avtomobil gətirənlər üçün faydalıdır. Azərbaycanda hazırda Euro 4 standartı tətbiq olunduğu üçün yalnız həmin hissədə göstərilən istehsal ilində olan avtomobili ölkədə sənədləşdirə bilərsiniz. Misal üçün Yaponiyadan 2011-ci il və yuxarı Euro 4 maşın gətirə bilərsiniz. Əlavə olaraq qeyd edim ki, hansısa avtomobili yaşı 40-ı keçibsə onu antikvar kimi gətirib qanuni sənədləşdirmək mümkündür. Hazırda Euro 7standartından istehsal edilən avtomobillər də var.



Euro 6 standartı 2012-ci ildən, Euro 7 isə 2017-ci ildən başlanır.