Yeni Supercar Koenigsegg Jesko

Yeni Supercar Koenigsegg Jesko

İsveç istehsalı olan Koenigsegg, Agera RS-nin xələfini Cenevrə avtomobil sərgisində təqdim etdi. Yeni Hiper avtomobilin adı, qurucusu Christian von Koenigsegg-in atası olan Jesko von Koenigsegg-dən alındı.

Koenigsegg-in 5.0 Twin-Turbo mühərrikinin yenilənmiş versiyasını istifadə edən yeni Jesko, benzin ilə 1280 at gücü, E85 yanacağı ilə 1600 at gücü hasil edir. 5100 dövrdə 1500 Nm, 2700-6170 dövr arasında 1000 Nm-lik çıxış istehsal edir. Avtomobilin yerə basma gücü Agera RS modelinə görə +40% üstün olub 1000 kiloqrama qədər çıxır.



Yenilənmiş mühərrik ilə birgə işləyən 9 pilləli yeni transmissiya firma tərəfindən “Light Speed Transmission” olaraq adlandırılır. Mövcud iki muftalı sistemə bənzəyən bu çox qavramalı yeni transmissiya "işıq sürətində keçid edən" transmissiya kimi təqdim edilir.

Mühərrik də daxil olmaqla, avtomobilin bir çox hissəsini yüngül materialdan istehsal edən Koenigsegg, yeni Jesko-nun tam ağırlığını 1,420 kq olaraq açıqladı. İnteryerdə naqilsiz enerji mənbəyi, 9 dyüm böyüklüyündə məlumat-əyləncə sistemi və USB girişləri mövcuddur.



Cəmi 128 ədəd istehsal edilən Jesko-nun qiyməti 2.8 milyon dollar idi. Avtomobillərin 83 ədədi avtosərgi başlamadan öncə, qalan avtomobillər isə sərgidən sonra 5 gün içində satıldı.



Bu avtomobil ilə birlikdə Koenigsegg Guinness rekordunun sahibi oldu. Dünyanın ən güclü seriya istehsal mühərriki olan McLaren F1-in yerini alan Koenigsegg CC8S artıq rekordun sahibidir. Bu mühərrikin mərkəzində dünyanın ən yüngül V8 dirsəkvari valı dünyanın ən yüngül V8 dirsəkvari valı var. Sadəcə 12.5 kq ağırlığındakı bu yeni 180 dərəcəlik mil, 8500 dövrünə çatdıqda belə Jesko-nun daha yüksək effektdə güc istehsal etməsini təmin edir.



Mühərrikə can verən Turbo sistemi ənənəvi sistemdən biraz fərqlidir. Turbo gecikmə və dalğalanma hallarının qarşısını almaq üçün Jesko-da Turbolar havanı birbaşa yox, 20 litrlik karbon çəndən elektrikli kompressorla 20 barlıq partlama ilə çəkir və qaz pedalına həmin an müsbət reaksiya verir.

İşıq sürətli yeni 9 pilləli LST transmissiya pillə dəyişmə müddətini az qala sıfır zamanında meydana gəlməsi təsir edici nəticədir. Modern iki muftalı transmissiyalar (DCT) sürətlənmə zamanı bir sonrakı pilləni seçmək üçün hazır olmağa proqramlaşdırılsalar da, sürücü 5-ci pillədən 6-ya yox 4-ə keçmək istədikdə bir az vaxt itkisi ilə qarşılaşmalı olacaqdır. Sürücü 7-ci pillədən 4-ə keçmək istəsə belə bu baş verə bilmir. Əvvəlcə 6, sonra 5-ci pilləyə keçməli və vaxt itirməlidir. Ancaq Koenigsegg LST transmissiyası bu pillələrin 1,2 və ya 5-də olmasını vecinə almadan yüngül pillə dəyişimi ilə maksimum güc üçün ən uyğun pilləni seçən əvəzsiz çoxyönlü mufta dizaynı və "UPOD" (Ultimate Power On Demand - maksimum sürətlənmə üçün optimal çarxları həmin an seçən və əlaqələndirən beyin) texnologiyası ilə bunun öhdəsindən çox cəld şəkildə gəlir. UPOD avtomobil transmissiyasını 7-ci pillədən 4-cü pilləyə cəld şəkildə keçməni təmin edə bilir. Bu şəkildə həm irəli, həm də geri pillə dəyişimi zamanı vaxt itkisi təxminən sıfıra bərabər olur. Modern yüksək performans 7 pilləli DCT transmissiyalar 120 kq ağırlığında olursa, 9 pilləli LST transmissiya içindəki mayelər daxil sadəcə 90 kiloqramdır. Transmissiyanın uzunluğu da az olduğu üçün avtomobilin ağırlıq mərkəzinə müsbət təsir edərək yol tutuşunu yaxşılaşdırır.



Koenigsegg bu avtomobili həm yüksək, həm də aşağı sürətlərdə yol tutuşunu artdıran tənzimlənə bilən arxa təkər dönmə sistemi ilə təchiz etdi. Bu sistem arxa təkərləri sürət, əyləc və sürüşmə əleyhinə olaraq tənzimləyərək onları hər iki yöndə 3 dərəcəyə qədər döndərə bilir. Aşağı sürətdə arxa təkərlər tərs yöndə dönərək avtomobilin daha sürətli dönməsini təmin edir. Yüksək sürətdə döngəyə girən zaman arxa təkərlər ön təkərlərlə eyni istiqamətdə dönərək avtomobilin daha taraz şəkildə döngədən keçməsini təmin edər.



Texniki göstəriciləri.

• Motor 5.0 Twin-Turbo / V8 / 1280 HP 7800-8500 rpm / 1000 Nm 2700-6170 rpm / 0-100 = 2.8 saniyə / max sürət 450 km.h / 9 pilləli 2 muftalı LST transmissiya / uzunluq 4610 mm, eni 2030 mm, hündürlük 1210 mm, təkər bazası 2700 mm / təkər ölçüsü 265/35 R20, 325/30 R21 / ağırlıq 1420 kq / yanacaq tutumu 72 L / baqaj 150 L / dönüş bucağı 11 m.


Rəylər

Oxşar məqalələr

2017 Opel İnsignia B

2017 Opel İnsignia B

1937 Mercedes 540K W29

1937 Mercedes 540K W29

2019 Subaru İmpreza WRX STİ

2019 Subaru İmpreza WRX STİ

Yeni Pickup Mercedes X Class

Yeni Pickup Mercedes X Class

2008 Hyundai Sonata NF

2008 Hyundai Sonata NF

4x4 Lada Niva 2121 Tarixçə

4x4 Lada Niva 2121 Tarixçə

2012 Nissan Maxima A35

2012 Nissan Maxima A35