Yeni Pickup Mercedes X Class

Yeni Pickup Mercedes X Class

Mercedes şirkəti Pickup bazarına yeni X-Class modeli ilə Nissan Navara şassisində daxil oldu. Avtomobil Avropa və Cənubi Amerikada yerləşən Nissan və Renault zavodunda toplanacaq. Mercedesə görə bu avtomobil "dünyanın ilk həqiq Premium Pickup" avtomobili olacaq.



X Class üç səviyyədə istehsal ediləcə: Pure, Progressive və Power. 4x4 rejimini “Low” olaraq tənzimlədikdə ən çətin yollarda belə əminliklə irəliləyə bilərsiniz. 222 mm-lik yerdən hündürlük məsafəsi yol ilə avtomobil arasında yetəri qədər məsafə təmin edir. 49 dərəcəlik yan əyimli yolda belə sürüşü tarazlayır.



Mühərrik aşağı dövrdə belə sizin üçün hazır gözləyən gücü hər an işə salmağa qadirdir. Geniş təkərləri sadəcə göstəriş üçün deyil, həm də helezon yaylı arxa asqı sistemi ilə X-Class döngələrdə mükəmməl sürüş və tarazlığı ilə üstünlük qazandırır.



İstifadəsi rahat, erqonomik dizayna malik modern multimedia sistemləri sayəsində, sürüş zamanı Mercedes-Benzə yaraşan tərzdə komfortu hiss edəcəksiniz. Salonda ideal temperaturu təmin edən iki zonalı THERMOTRONIC klimat sistemi, elektrikli və tənzimlənən bel dəstək funksiyalı ön oturacaqlar, çox qollu komfort helezon yaylı asqı sistemi səyahətinizi komforta çevirir. Dar yollarda problemsiz irəliləmək üçün 360° kameraya sahib Park Paketi ilə kontrol sizdə qalır.



1 tondan artıq yük götürmək üçün güclü dirəkləri olan gövdəyə sahib olmalısınız. X-Class hər yöndən sağlam avtomobildir. Bunu yüksək keyfiyyətli polad təmin edir. Paslanmaz poladdan istehsal edilmiş alt karter qoruma, nahamar yolda mühərriki, transmissiyanı və eqzoz sistemini qoruyur.



Dağ velosipedi, saman kütlələri, zincirli alətlər və daha çox yük X-Class ilə rahatlıqla daşına bilər. 1581 mm uzunluğunda təmizlənməsi rahat və sağlam yük hissəsi kirli, sulu və ya tozlu yüklərlə heç problem yaşanmadan yüklənə bilər. Yüklərin yerində qalması üçün 475 mm hündürlüyündə yan divarlara birləşdirilmiş yük sabitləyici hissələr var. Arxa bamperdəki ayaqlıq sayəsində yük hissəsinə rahatlıqla girə bilərsiniz. Yük hissəsində müxtəlif elektrikli cihazların istifadəsi üçün 12V elektrik yuvası mövcuddur. LED işıqlandırma ilə qaranlıqda belə yükünüzü rahatlıqla yükləyib boşalda bilərsiniz.



Texniki göstəriciləri:

• 350d - Motor 3.0 Turbo-Dizel / V6 / 258 HP / 550 Nm / 0-100 = 7.9 saniyə / max sürət 205 km.h / trasda 8.3 L, şəhərdə 10.3 L / tam ötürücü / 7 pilləli transmissiya / uzunluq 5340 mm, eni 1920 mm, hündürlük 1819 mm / təkər ölçüsü 255/55 R19 / ağırlıq 2389 kq / yanacaq tutumu 73 L / yük götürmə gücü 1001 kq / yük dartma gücü 6180 kq

• 250d - Motor 2.3 Turbo-Dizel / L4 / 190 HP / 450 Nm / 0-100 = 11.8 saniyə / max sürət 175 km.h / trasda 6.9 L, şəhərdə 9.9 L / tam ötürücü / 7 pilləli transmissiya / uzunluq 5340 mm, eni 1920 mm, hündürlük 1819 mm / təkər ölçüsü 255/65 R17 / ağırlıq 2234 kq / yanacaq tutumu 73 L / yük götürmə gücü 1016 kq / yük dartma gücü 6130 kq

• 220d - Motor 2.3 Turbo-Dizel / L4 / 163 HP / 403 Nm / 0-100 = 12.9 saniyə / max sürət 170 km.h / trasda 7.3 L, şəhərdə 8.6 L / tam ötürücü / 6 pilləli mexaniki transmissiya / uzunluq 5340 mm, eni 1920 mm, hündürlük 1819 mm / təkər ölçüsü 255/65 R17 / ağırlıq 2138 kq / yanacaq tutumu 73 L



Rəylər

Oxşar məqalələr

2017 Opel İnsignia B

2017 Opel İnsignia B

1937 Mercedes 540K W29

1937 Mercedes 540K W29

2019 Subaru İmpreza WRX STİ

2019 Subaru İmpreza WRX STİ

Yeni Supercar Koenigsegg Jesko

Yeni Supercar Koenigsegg Jesko

2008 Hyundai Sonata NF

2008 Hyundai Sonata NF

4x4 Lada Niva 2121 Tarixçə

4x4 Lada Niva 2121 Tarixçə

2012 Nissan Maxima A35

2012 Nissan Maxima A35