2008 Hyundai Sonata NF

2008 Hyundai Sonata NF

2005-2009 Hyundai Sonatanın 5-ci generasiya NF modeli 2004-də Koreyada yeni bir platformanın yaradılması ilə başlandı. Şirkətin "Theta" adlı L4 motoru ilk dəfə tamamilə alüminiumdan hazırlandı və Sonatada istehsala buraxıldı.



2008-2010-cu illərdə yenidən dizayn edilərək Facelift edildi. Ölkəmizdə "kantlı Sonata" kimi tanınan bu versiyada mühərriklər yenidən nəzərdən keçirilmiş, ön hissə və xrom qril, arxa stoplar, xrustal proyektorlu faralar, limited versiya üçün 10 qollu disklər və ümumi şəkildə yenidən dəyişdirilmiş kontrol panelinə sahib oldu. Yenidən dizayn edilən kontrol panelində arxa fonda göy işıq əlavə olunub. Sadəcə Limited versiyada toxunmatik ekran, naviqasiya sistemi, sputnik radio özəlliyi mövcuddur. Bluetooth özəlliyi istəyə bağlı olaraq səs və naviqasiya sistemindən əlavə avadanlıq kimi təklif edilirdi.



Texniki göstəriciləri.

• 3.3 AT - Motor 3.3 / V6 / 233 HP / 304 Nm / 0-100 = 7.8 saniyə / max sürət 228 km.h / trasda 7.4 L, şəhərdə 14.8 L / ön ötürücü / 5 pilləli transmissiya / uzunluq 4800 mm, eni 1832 mm, hündürlük 1475 mm, yerdən hündürlük 160 mm / təkər ölçüsü 225/50 R17 / ağırlıq 1580 kq / yanacaq tutumu 70 L / baqaj 523 L / geriyə dönmə 11.4 m

• 2.4 AT - Motor 2.4 / L4 / 161 HP / 219 Nm / 0-100 = 10.4 saniyə / max sürət 201 km.h / trasda 7 L, şəhərdə 12.3 L / ön ötürücü / 4 pilləli transmissiya / uzunluq 4800 mm, eni 1832 mm, hündürlük 1475 mm, yerdən hündürlük 160 mm / təkər ölçüsü 215/60 R16 / ağırlıq 1463 kq / yanacaq tutumu 70 L / baqaj 523 L / geriyə dönmə 11.4 m

• 2.0 AT - Motor 2.0 / L4 / 144 HP / 189 Nm / 0-100 = 11.5 saniyə / max sürət 194 km.h / trasda 6.7 L, şəhərdə 10 L / ön ötürücü / 4 pilləli transmissiya / uzunluq 4800 mm, eni 1832 mm, hündürlük 1475 mm, yerdən hündürlük 160 mm / təkər ölçüsü 215/60 R16 / ağırlıq 1465 kq / yanacaq tutumu 70 L / baqaj 523 L / geriyə dönmə 11.4 m

• 2.0 CRDİ AT - Motor 2.0 Turbo-Dizel / L4 / 140 HP / 305 Nm / 0-100 = 10.7 saniyə / max sürət 203 km.h / trasda 5 L, şəhərdə 8.2 L / ön ötürücü / 4 pilləli transmissiya / uzunluq 4800 mm, eni 1832 mm, hündürlük 1475 mm, yerdən hündürlük 160 mm / təkər ölçüsü 215/60 R16 / ağırlıq 1590 kq / yanacaq tutumu 70 L / baqaj 523 L / geriyə dönmə 11.4 m



Rəylər

Oxşar məqalələr