İlk Avtomobili kim yaratdı?

İlk Avtomobili kim yaratdı?

Hazırki dövrdə hər büdcəyə və zövqə uyğun avtomobil tapmaq mümkündür. Ancaq onların ilk halının necə olmasını görmək, kim tərəfindən necə istehsal edildiyini bilmək daha maraqlı olardı. İnkişafın hardan-hara gəldiyini bir-bir incələyək.



1705-ci ildə İngilis Thomas Newcomen, 1760-da James Watt karxanalarda istifadə olunmaq üçün buxar ilə işləyən ilk nəqliyyat vasitəsini yaradaraq sənaye dövrünü başlatdılar. Bu texnologiyanı 1769-da Fransız əsilli Nicholas Cugnot davam etdirdi. Cugnot-un yaratdığı üç təkərli, çox böyük buxar qazanı ilə işləyən bu avtomobil saatda 4.5 km gedə bilirdi və hər 20 km-dən bir qazanın doldurulması lazım idi.



1789-da isə Amerikalı Oliver Evans özü hərəkət edə bilən ilk avtomobili yaradaraq patentini aldı. 4 təkərli bu avtomobil, arxa tərəfindəki pedallı paletkəri ilə quruda və suda hərəkət edə bilirdi. Ağırlığı isə 21 ton idi. İlk avtomobil dizaynlarının demək olar hamısı buxarlı bir motorla işləyirdi. Sadəcə bir neçəsi böyük akkumulyator sayəsində elektriklə işləyirdi. Hava qazı ilə işləyən ilk avtomobili isə 1860-da Alman August Otto dizayn etdi.

Benzin ilə işləyən ilk avtomobili kim yaratdı?



1880-nin ortalarında bugünün avtomobillərinə təkan verən daxili yanma mühərriyin ilk addımları atıldı. 1886-da onu tamamlamağı bacaran Alman Gottlieb Daimler ilə Karl Benz oldu. Benzinli mühərriki icad edən bu iki şəxs 1887-də ilk avtomobili yaratdılar və adını Motorwagen qoydular. Həmin ərəfələrdə, 1892-1893-cü ildə Amerikalı iki qardaş olan Frank və Charles Duryea da benzinlə işləyən özlərinin ilk avtomobillərini yaratdılar. Onlar bu avtomobilə "adsız avtomobil" adını verdilər. Qısa zaman sonra adsız avtomobillərinin zəif, dayanıqsız və qeyri-kafi quruluşunun avtomobil üçün uyğun olmadığı anlaşıldı. Mühərrik sürücü oturacağının altına gətirildi, dayanıqlı rezin təkərlərə keçildi. Daha sonra daha dayanıqlı olması üçün gövdəsini dəmirdən hazırladılar. Ümumilikdə isə benzinlə işləyən avtomobilin yaradıcısı Alman mühəndis və mühərrik yaradıcısı Karl Friedrich Benz sayılır və sistemin patenti ona aiddir. Eyni zamanda isə Gottlieb Daimler və Wilhelm Maybach eyni proyekt üstündə işləyiblər. Karbürator, qaz və əyləc sistemi, batareyadan elektrostatik qıvılcımla alışma sistemi, şam (sveça), mufta, transmissiya dəyişdirmə və radiator sisteminin patenti də Benz-ə aiddir. 1896-cı ildə bokser motoru yaratmış və onun da patentini almışdır.

1908-ci ildə Henry Ford, avtomobillərdə seriya istehsal metodunu çıxardı və sürətli şəkildə yayılmasında əməyi keçdi. Avtomobil sayı artmağa başladıqca qiymətləri də aşağı düşdü.

İlk Dizel avtomobili kim yaratdı?



Böyük həcmdə gücə ehtiyac duyulduğu üçün Dizel mühərrik icad edildi. Alman mühəndis Rudolf Diesel tərəfindən yaradılan bu mühərrik, Alman şirkətlər tərəfindən təkmilləşdirildi. Dizel mühərriki avtomobildə istifadə olunan hala gətirən isə Robert Bosch oldu.

1890-da Berlinə gələn R.Diesel, ilk dəfə buxarlı mühərrik yaratmışdı. Ammonyak buxarı istifadə edən mühərrik də yaratmışdır, ancaq mühərriyin partlaması ilə xəstəxanaya düşərək aylarla yatmışdır. Daha sonra Daimler və Benz-in avtomobil mühərriyi yaratmasını xəbər aldıqda dizel mühərrik ilə bağlı işlərə başlamışdır. Buxarlı mühərrikdə enerjinin 90%-nin boşa getdiyini bilən R.Diesel, daha yüksək məhsuldarlıqda işləyəcək mühərrik yaratmaq istəyirdi. Beləliklə Rasional termik dizaynı ilə teori irəli sürərək onun patentini aldı.

1893-1897-ci illərdə MAN AG Augsburg müdürü Heinrich von Buz, Rudolf Diesel-ə yeni mühərriki ilə əlaqədar fikirlərini test etmək və təkmilləşdirmək üçün fürsət verdi. Rudolf ilk dizel mühərriki bu şəkildə yaratmağı bacardı. Almaniya, Amerika və digər ölkələrdə bu mühərrikin patentini alaraq "Diesel Mühərrik İstehsalı" şirkətini yaratdı.

Dizel mühərriklər dəniz nəqliyyatında 1910-cu ildən, yerüstü nəqliyyatda ilk dəfə 1922-də istifadə edilməyə başlandı. Bu tarixlərdə istehsal edilən mühərriklər 40-50 at gücündə idi.

İkinci Dünya Müharibəsinin əvvəllərində isə dizel mühərriklər dəmiryol nəqliyyatında, traktorlarda, inşaat maşınlarında, gəmi və s. sənaye sahələrdə istifadə olundu. Yenə də benzin mühərrikin istifadəsi daha çox yayılmışdı. Dizel mühərrik avtomobillərə tələbat 1980-dən sonra daha çox artdı. Benzinə nisbətən daha az yanacaq işlətməsinə görə tələbat yaranmışdı.

Texnologiyanın inkişafı ilə birlikdə dizel mühərriyi avtomobillərdə işlədə biləcək hala gətirən hissələr Bosch tərəfindən 1937-ci ildə gizli şəkildə istehsal edilməyə başlandı. Avtomobil 40.000 km yol testi keçdi və ilk seriya istehsal dizel minik avtomobilin yola çıxması 1936-da gerçəkləşdi. Daimler və Benz, minik avtomobilində istifadə olunması üçün 1933-də 6 silindirli 3.8 litrlik 82 at gücündə mühərriki yaratdı. Rudolf Diesel-in patentinin üstündən 44 il sonra, Daimler-Benz, ilk seriya istehsal dizel avtomobil olan 260 D modelini 2.6 litrlik 4 silindir 45 at gücü ilə bazara çıxardı. 4 il ərzində 1967 ədəd istehsal edildi. 1954-1961-ci illər arasında Mercedes-Benz 180 D, 153.283 ədəd satılaraq həmin dönəmin ən populyar kommersiya avtomobili oldu.