4x4 Lada Niva 2121 Tarixçə

4x4 Lada Niva 2121 Tarixçə

Lada Niva Rusiya istehsalı kiçik ölçülü SUV-dur. 1977-ci ildən 2006-cı ilə qədər Vaz-2121 adı altında satılan Niva hazırda marka kimi Lada 4x4 adlanır. 3 və 5 qapılı modelləri mövcuddur. İstehsal prosesində dizaynın həm xaric, həm də salon elementlərində Vaz-2106 modeli əsas götürüldü.

Yolsuzluq üçün yaradılan Niva, 2002-ci ildə EuroNCAP qəza testindən 0 xal alıb. 2002-ci ilin EuroNCAP şərtlərinə görə 30 il qabaq istehsal edilməsini nəzərə alsaq nəticə normaldır. Çünki qəza testi keçirildiyi il də daxil olmaqla 1977-ci ildən bu yana heç bir dəyişiklik edilmədən istehsal edilmişdi. Ancaq bu Nivaya haqq qazandırmır və mütəxəssislər tərəfindən yenə də etibarsız avtomobil kimi qiymətləndirilir.



Qəza testindən başqa digər problem isə yan hissələrin tez-tez deformasiyaya uğraması idi. 2003-cü ildə AvtoVAZ gövdənin deformasiya olunma səviyyəsini azaltmaq üçün yan hissə boşluqlarına köpük materialları doldurmağa başladı. Ən önəmli dəyişiklik isə 2009-2011-ci illərdə edildi. Bu ərəfələrdə salon və xarici aydınlatma elementləri, döşəmələr, ötürücü hissələr dəyişdirildi. Arxa hissədəki körpü yenidən dizayn edildi və bu sayədə düz olmayan yerlərdə gövdənin stabilləşməsi artırıldı. Hidravlik Sükan, ABS sistemi əlavə olundu. Ön qabarit lampalar gündüz işıqları kimi istifadə olunmağa başlandı. Yəni mühərrik işə düşdüyü zaman bu işıqlar parlaq yanır, ancaq işıqlar qoşulduqda parlaqlığı azalır.



Ölkəmizdə bu avtomobilin daha çox 3 qapılı modeli istifadə olunsa da, onun bir çox fərqli modeli mövcuddur. Onlarla bir-bir tanış olaq.

1999-2007 illərində istehsal edilən Peugeot XUD 9SD Dizel Mühərrikli modelindən başlayaq. Bu model xarici ölkələrə satış üçün nəzərdə tutulduğuna görə bamperlər, spoiler, boya astarı, disklər və s. daha fərqli buraxıldı. Əvvəllər Volkswagenin dizel motoru ilə Nivanın xaricə satış versiyasını yaratmaq istədilər. Ancaq Alman istehsalçı bu model platformasına mühərriki yerləşdirmək üçün mühərrikdə hər-hansı bir dəyişiklik etməyi rədd etdi deyə proyekt yarımçıq qaldı.



Limitli sayda istehsal edilmiş zirehli Niva modeli Бронто-212182 "Форс" idi. AvtoVAZ firması PSA Bronto mütəxəssisləri tərəfindən yaradılan bu modeldə ilk dəfə olaraq parçalanma əleyhinə Köpüklü Polimerdən istifadə edildi. Avtomatik yanğın söndürmə sistemi, partlayış və yanğına dayanıqlı yanacaq çəni, kondisioner, enerji ilə doldurula bilən əlavə güc verici batareya, zirehli döşəmə və s. də bu modelə daxildir. Kalaşnikov silahı belə şüşəsini qıra bilmir. Daha çox Bank sistemində istifadə olunur.



2006-cı ilə qədər istehsal edilən Vaz-2329 Niva Pickup modeli 5 oturacaqlı, geniş yük tutumuna sahib model idi. Arxa çıxıntısı 300 mm artırılmışdı. Yük tutumu isə 650 kq-dır. Bu yükün öhdəsindən gəlmək üçün əlavə gücləndirilmiş yaylarla təchiz olunmuşdur. Ümumi tutumu 84 Litrə yüksəldilə bilən əlavə yanacaq çəni mövcuddur. 2009-cu ildə Hidravlik sükan ilə birlikdə, yenidən gücləndirilmiş yay və əyləc sistemi ilə təchiz edildi.



Lada Niva iKRA 1993-1995-ci illərdə İspaniya bazarı üçün istehsal olunub. Xarici müştəriləri cəlb etmək üçün salonu daha rahat və gövdəsi daha keyfiyyətli materialdan hazırlanıb.



Lada 4×4 Niva Plein Soleil. Tərcümədə "Günəşin Altında" mənasını daşıyır. Bu avtomobillər 80-ci illərin əvvəlində buraxılmağa başlanılıb. Normal modeldən fərqli olaraq bu modeldə damın arxa hissəsi kəsilirdi və onun yoxluğunu kompensasiya etmək üçün gövdə konstruksiyasının qalmış qüvvət elementləri gücləndirilirdi. Rəsmi məlumatlara görə 1989-cu ilə qədər təxminən 1000 belə Kabriolet satılıb.



Deutsche Lada Niva California. Avtomobilin damı parça lyukdan ibarət idi. 2009-cu ilə qədər Almaniyaya satılıb.



Lada 4×4 Niva "St-Tropez" 1984-1987. Fransa üçün istehsal olunub.



Vaz-2131 "Antel". 2001-ci ildə çıxdı. Motoru Hidrogen-Oksigen və Elektrik ilə işləyirdi. Hazırda muzeydə saxlanılır.



Vaz-2121 Auviga 1980-1990. İstirahətə getməyi sevən Latviya vətəndaşları üçün istehsal edilib.



Niva Bronto-212183 "Landole" 1998-2009. Qapıları tamamilə söküldü və yerinə plastikdən qapılar qoyuldu.



Niva Bronto-1922-55 "Marş-Kombi". Çox yumuşaq torpağa malik yerlərdə pnevmatik təkərləri ilə batmadan hərəkət edərək insan və ya əşyaların daşınması üçün istehsal edilib. Alt çərçivə UAZ-3151, gövdə Vaz-21213-dən götürülüb.



2014-cü ildən "VIS-Auto" şirkəti tərəfindən Lada 4x4 Urban modeli çıxdı. Əlavə səs izolyasiyası, plastik bamperlər, dəyişdirilmiş hava giriş hissəsi, kiçildilmiş sükan, kondisioner, elektrikli və fərqli aynalar ilə istehsal edildi. Bu model 2015-ci ilin sonunda Almaniya bazarına girdi.



Texniki göstəriciləri.

• (3 qapı) - Motor 1.7 / L4 / 83 HP / 129 Nm / maksimal sürət 142 km.h / 0-100 = 17 saniyə / trasda 8.3 L, şəhər içində 12.1 L / ötürücü tam / 5 pilləli transmissiya / uzunluq 3740 mm, eni 1680 mm, hündürlük 1640 mm, yerdən hündürlük 205 mm, təkər bazası 2200 mm / təkər ölçüsü 185/75 R16 / ağırlıq 1285 kq / yüklə birlikdə maks ağırlıq 1610 kq / baqaj həcmi 265/585 L / yanacaq tutumu 42 L

• Urban (3 qapı) - Motor 1.7 / L4 / 83 HP / 129 Nm / maksimal sürət 142 km.h / 0-100 = 17 saniyə / trasda 8.3 L, şəhər içində 12.1 L / ötürücü tam / 5 pilləli transmissiya / uzunluq 3640 mm, eni 1680 mm, hündürlük 1640 mm, yerdən hündürlük 205 mm, təkər bazası 2200 mm / təkər ölçüsü 185/75 R16 / ağırlıq 1285 kq / yüklə birlikdə maks ağırlıq 1610 kq / baqaj həcmi 265/585 L / yanacaq tutumu 42 L



Normal gövdədən 50 sm daha uzun olan 5 qapılı versiya Vaz-2131 adlandı. 1995-2015-ci illər arasında AvtoVAZ tərəfindən istehsal edildi. Tələbata əsasən 2016-cı ildə 150.000+ Vaz-2131 istehsal edildi. Bu versiyada ön və arxa oturacaqlar arasındakı məsafə 125 mm artdı. Yanacaq çəni 65 Litrə yüksəldildi. 2016-cı ildən bu modelin də Urban seriyası istehsal edildi.



5 qapılı modelin texniki göstəriciləri.

• (5 qapı) - Motor 1.7 / L4 / 83 HP / 129 Nm / maksimal sürət 137 km.h / 0-100 = 19 saniyə / trasda 8.3 L, şəhər içində 12.1 L / ötürücü tam / 5 pilləli transmissiya / uzunluq 4240 mm, eni 1680 mm, hündürlük 1640 mm, yerdən hündürlük 205 mm, təkər bazası 2700 mm / təkər ölçüsü 185/75 R16 / ağırlıq 1425 kq / yüklə birlikdə maks ağırlıq 1850 kq / baqaj həcmi 420/780 L / yanacaq tutumu 65 L

• Urban (5 qapı) - Motor 1.7 / L4 / 83 HP / 129 Nm / maksimal sürət 137 km.h / 0-100 = 19 saniyə / trasda 8.3 L, şəhər içində 12.1 L / ötürücü tam / 5 pilləli transmissiya / uzunluq 4140 mm, eni 1680 mm, hündürlük 1640 mm, yerdən hündürlük 205 mm, təkər bazası 2700 mm / təkər ölçüsü 185/75 R16 / ağırlıq 1425 kq / yüklə birlikdə maks ağırlıq 1850 kq / baqaj həcmi 420/780 L / yanacaq tutumu 65 L



Bronto Nivanın sadə Nivadan fərqi nədir? yerdən 35 mm daha hündür, 33 mm daha enli, arxa körpü biraz güclü, amortizatorlar Chevrolet Niva ilə dəyişdirildi, ön və arxa oxdakı vintşəkilli özüqapanan differensiallar və ABS sistemi olan əyləclər əlavə olundu, damına da 2 ədəd yük çubuğu artırıldı. Mühərrik eyni qalsa da 100 km/s sürəti 1 saniyə gec yığdı, maksimal sürət aşağı düşdü. Cordiant Off Road təkərlər, salonun daha yaxşı səs izolyasiyası, duman faraları və kondisioner sistemi əlavə olunmuşdur. Dama quraşdırılan baqajda 50 kq yük daşıya bilərsiniz.

• Bronto 4x4 (3 qapı) - Motor 1.7 / L4 / 83 HP / 129 Nm / 0-100 = 18 saniyə / maksimal sürət 137 km.h / trasda 9.4 L, şəhər içində 16.7 L / ötürücü tam / 5 pilləli transmissiya / uzunluq 3680 mm, eni 1713 mm, hündürlük 1740 mm, yerdən hündürlük 240 mm, təkər bazası 2200 mm / təkər ölçüsü 235/75 R15 / ağırlıq 1285 kq / yüklə birlikdə maks ağırlıq 1610 kq / baqaj həcmi 265/585 L / yanacaq tutumu 42 L






Rəylər

Oxşar məqalələr

2017 Opel İnsignia B

2017 Opel İnsignia B

1937 Mercedes 540K W29

1937 Mercedes 540K W29

2019 Subaru İmpreza WRX STİ

2019 Subaru İmpreza WRX STİ

Yeni Supercar Koenigsegg Jesko

Yeni Supercar Koenigsegg Jesko

Yeni Pickup Mercedes X Class

Yeni Pickup Mercedes X Class

2008 Hyundai Sonata NF

2008 Hyundai Sonata NF

2012 Nissan Maxima A35

2012 Nissan Maxima A35