2012 Nissan Maxima A35

2012 Nissan Maxima A35

Nissan bu Maxima sinifini bazara çıxardığı zaman "4 qapılı Sport avtomobil" kimi təqdim etdi. Bu Maxima ön ötürücü olsa da arxa hissənin ön hissədən 2 dəfə yüngül olmağına baxmayaraq arxa təkərlərdə sürüşmə gözlənilmir. Altima modelindən daha geniş və zəngin salonu olması ilə fərqlənir. Birinci sinif Bose Səs sistemi salonda mükəmməl akustika yaradır. CVT transmissiyası sayəsində sürətli və yumuşaq sürətlənmə həyata keçirir. Bu transmissiya normal yolda yaxşı işləsə də, dağlıq və döngəli yollarda mexaniki və ya avtomatik transmissiyanın yerinə keçə bilmir.



Ümumi olaraq, Maksimanın sağlam və estetik sürüş sistemi var. Bu da komfort zəifliyi yaratmadan yaxşı sürüş deməkdir. Qaz pedalına müsbət reaksiya vermə, yönləndirmə və əyləc gücü bir çox V6 sedandan daha sürətli və daha düzgündür. Ön oturacaqlar normalda yaxşı olsa da Sport paket aldığınız zaman sizi daha yaxşı qavrayan güclü oturacaqlara sahib olursunuz. Arxa oturacaqlar rəsmi olaraq 3 nəfər üçün yaxşıdır. Ancaq iki yetişgin insan üçün bu nəticə idealdır. Salon yumuşaq bir dəri ilə örtülüb, döşəmələr xüsusi seçilmişdir. Bu sayədə lüks bir sedanda oturduğunuzu hiss edə bilərsiniz.



Maxima yoldakı ən səssiz avtomobil deyil. Aşağı keyfiyyətli asvaltda bir qədər yol səsi hiss edilir. Ancaq avtomobilin sağlam olduğundan əmin ola bilərsiniz. CVT-nin dövr gücü ilə birləşən V6 mühərriklə avtomobildən Sportiv səs çıxır. Avtomobilin bir çox güvənlik özəlliyi olsa da, Euro NCAP qəza test nəticələri biraz ürəkaçan deyil. Öndən və yandan toqquşma xallarını normal alsa da (3*), arxadan toqquşma xalını "qəbul edilə bilər" kimi alıb.



Maxima S və SV olmaq üzrə iki modeldə satışa çıxarılır. SV dəri döşəmə, duman lampaları və Bose Premium səs sistemi kimi özəlliklərlə Standart təklif edilir. Ancaq S modeli iki zonalı klimat kontrol, elektrikli ön oturacaqlar və ağıllı açar giriş və işə salma sistemi ilə daha çox sevilir. İsidici funksiyalı sükan, oturacaq soyuducuları da bir çox seçim arasında mövcuddur. Texniki göstəriciləri:

• Motor 3.5 DOHC 24v / V6 / 290 HP 6400 rpm / 348 Nm 4400 rpm / 0-100 = 6.4 saniyə / max sürət 236 km.h / trasda 9.1 L, şəhərdə 12.3 L / ön ötürücü / CVT transmissiya / uzunluq 4843 mm, eni 1860 mm, hündürlük 1472 mm / təkər ölçüsü 245/40 R19 / ağırlıq 1621 kq / yanacaq tutumu 76 L / baqaj 402 L




Rəylər

Oxşar məqalələr