2019 Mercedes AMG GT63 S 4matic+ X290

2019 Mercedes AMG GT63 S 4matic+ X290

Mercedes AMG 4 qapı kupe modeli hal hazırda ən güclü AMG modelidir. E-Class ilə eyni platformada istehsal edilir. Avtomobil 100 km/s sürətə qədər çevikliyi artırmaq üçün arxa təkərlərini də ön təkərlərin istiqamətində döndərir. Nəticədə döngələrdə daha çox tarazlıq əldə edir.



AMG GT-nin salonu CLS-dən götürüldü. Dizaynerlər sadəcə orta konsolu dəyişdirdilər. GT-yə yaraşan tərzdə V şəklində 8 ədəd düymə yerləşdirildi. Avtomobil döngəyə girdiyi zaman komfortunuzun pozulmaması üçün oturacaqlar sizi əks tərəfə azacıq itələyir. Bu sayədə oturduğunuz yerdən tərpənmədən döngəni rahatlıqla keçirsiniz. Tənzimlənə bilən ötürmə gücü ilə drift rejimi seçdiyiniz zaman güclü V8 mühərrikin bütün gücü sadəcə arxa təkərlərə ötürülə bilir. Drift rejimi GT53 modelində yoxdur. GT63S modelində standart olaraq var ancaq GT63 modelində opsiya olaraq əlavə sifarişlə əldə edə bilərsiniz.



Sürücü Comfort səyahət rejimini seçdikdə mühərrik 2,3,5 və 8-ci silindirlərin işini dayandırır. Beləliklə ciddi dərəcədə yanacağa qənaət edir. 4 qapılı super güclü bu model 4 nəfərin rahat səyahətini E və CLS klas kimi təmin edir. Digər mühərrik seçimi olan GT63 modeli 4.0 V8 585 at gücündə, GT53 isə 3.0 L6 435 HP 520 Nm olacaq. 800 at güclü GT73 Hibrid modelinin 2020-ci ildə təqdim olunması gözlənilir. GT63 137.495, GT63-S isə 159.995 dollardan başlayan qiymətlərlə satılacaq (xaricdə).



Yan güzgülərə quraşdırılan LED işıqlar avtomobilin yan hissəsinə AMG loqosu əks etdirir.



Texniki göstəriciləri.

• GT63S - Motor 4.0 Bi-Turbo / V8 / 639 HP 5500-6500 rpm / 900 Nm 2500-4500 rpm / 0-100 = 3.2 saniyə / max sürət 315 km.h / trasda 8.9 L, şəhərdə 15.2 L / tam ötürücü / 9G transmissiya / uzunluq 5054 mm, eni 1953 mm, hündürlük 1443 mm / təkər ölçüsü 265/40 R20, 295/35 R20 / ağırlıq 2045 kq / yanacaq tutumu 80 L / baqaj 455 L

• Brabus 800 - Motor 4.0 Bi-Turbo / V8 / 800 HP / 1000 Nm / 0-100 = 2.9 saniyə / max sürət 315 km.h / trasda 8.9 L, şəhərdə 15.2 L / tam ötürücü / 9G transmissiya / uzunluq 5054 mm, eni 1953 mm, hündürlük 1418 mm / təkər ölçüsü 275/35 R21, 335/25 R22 / yanacaq tutumu 80 L / baqaj 455 L









Rəylər

Oxşar məqalələr

2017 Opel İnsignia B

2017 Opel İnsignia B

1937 Mercedes 540K W29

1937 Mercedes 540K W29

2019 Subaru İmpreza WRX STİ

2019 Subaru İmpreza WRX STİ

Yeni Supercar Koenigsegg Jesko

Yeni Supercar Koenigsegg Jesko

Yeni Pickup Mercedes X Class

Yeni Pickup Mercedes X Class

2008 Hyundai Sonata NF

2008 Hyundai Sonata NF

4x4 Lada Niva 2121 Tarixçə

4x4 Lada Niva 2121 Tarixçə

2012 Nissan Maxima A35

2012 Nissan Maxima A35