Formula 1 haqqında maraqlı məlumatlar

Formula 1 haqqında maraqlı məlumatlar

Formula 1 Dünyanın ən böyük və ən bahalı idman növlərindən biridir. Formula 1 avtomobili 99.8% dəqiqliklə yığıldığı zaman 20 elementi işləmir. Bunun üçün 100% dəqiqliklə yığılmalıdır. Pilotların geyimi istiyə davamlı olmalıdır. Pilotlar yarış vaxtı ortalama olaraq 2 kq çəki itirirlər. Havanın isti vaxtında isə yolun isinməsinə görə 1.5 L maye itirirlər. Bu günə qədər F1 bolidinin çıxdığı ən yüksək sürət İtaliyanın Monza yarış zolağında 375 km/s olmuşdur. Əyləc sistemi o qədər güclüdür ki, 200 km/s sürətlə getdiyi zaman əyləcə basıldıqda 1.9 saniyəyə tam dayanır.



Gövdə:

F1 bolidlərinin əsas hissəsi gövdəsidir. Təyyarələrdə də olduğu kimi F1-in də gövdəsi monokokdur. Monokok (monocoque) Fransız sözü olub mənası tək hissə deməkdir. Yəni bütün gövdə tək bir materialdan hazırlanmışdır. Tək gövdənin qiyməti 115.000 dollardır. Gövdə materialı əvvəllər alüminium idisə, indi daha sağlam və yüngül material olan karbondan hazırlanır. Karbondan hazırlanan gövdə daha yüngül olduğu üçün bolidin yol tutuşu zəif olur və avtomobil yoldan tez çıxır. Bunun qarşısını almaq üçün avtomobili yerə sıxan qüvvələrdən istifadə olunur. Mükəmməl aerodinamikası sayəsində öz ağırlığının 4 qatı qədər, yəni 2.5 ton qüvvədə yerə sıxma gücü əldə edir.



Yanacaq:

Formula 1 bolidləri 4 L yanacaq ilə təxminən 7 km yol gedir. Tək bir yarış ərəfəsində testlər və yarışlar daxil olmaqla 1 Komanda təxminən 200.000 Litr Super yanacaq istifadə edir. İstifadə olunan yanacaq normal benzin olmasa da onun oxşarıdır. İçinə az miqdarda hidrokarbon olmayan qatqıların əlavə olunmasına icazə verilsə də gücü yüksək səviyyəyə gətirən qatqıların əlavə olunması qadağandır. Yarışdan öncə töküləcək yanacağı FIA təsdiq edir. 2011-ci ilə qədər ağırlığı azaltmaq və yarışda irəli getmək üçün yanacaq çənini az dolduran Komandalar var idi. Ancaq 2011-dən sonra yeni qayda ilə bütün avtomobillər yarışa tam dolu çən ilə başlamalı oldu.



Mühərrik:

Formula 1 də istifadə edilən mühərriklər əvvəllər 3.0 V10 silindirlə 900 at gücündə dəqiqədə 19.000 dövrə çıxardı. 2006-cı ildə dəyişilən qanunlara görə bolidlər artıq 2.4 V8 mühərriklə dəqiqədə 18.000 dövrlə 700-750 at gücü hasil edə bilərdi. 2008-də isə qanuna görə hər avtomobil eyni mühərriklə iki yarış başa vurmalı idi. Ancaq yeni dəyişilən qanuna görə hər pilot sezon boyunca 8 mühərrik istifadə edə bilər. 2014-cü ildə edilən dəyişikliyə əsasən 2.4 V8 motorlar yerinə artıq 1.6 Turbo V6 mühərriklər istifadə olunmağa başlandı. Bu mühərriklər dəqiqədə 15.000 dövrlə 750-800 at gücü hasil edir. Ancaq bu motorların 750-800 km ömrü var. Çünki mühərrikin fırlanma dövrü çox yüksək səviyyədə tutulduğundan (dəqiqəcə 19.000 dövr) yaranan yüksək istiliyə görə aparıcı sistemdə aşınmalar meydana gəlir.



Təkərlər:

F1-in bəlkə də ən vacib hissəsi təkərləridir. Bu təkərlər çox yumuşaq kauçuk qatqılı maddələrdən hazırlanır. Buna görə təkərlərin temperaturu artdıqca bu kauçuklar yola yapışır və avtomobilin yolu tutmaq qabiliyyəti artır. Yarışdan öncə isinmə hərəkətləri də məhz buna görədir. Hər təkər yarış boyunca maksimum 200 km dözə bilir. FIA qanunlarına görə ön təkərlər 30-37.5 sm, arxa təkərlər isə 35-37.5 sm arasında olmalıdır. Əvvəllər bu ölçülər daha çox idi. Ancaq döngələrdə sürəti azaltmaq və yarış rəqabətini artırmaq üçün bu addımı atıblar.



Sükan:

Avtomobilin transmissiyası sükandan idarə edilir. Sol hissədə 1 pillə aşağı, sağ hissədə 1 pillə yuxarı ötürmələri təmin edən düymələr var. Transmissiya 7 pilləli yarı avtomatikdir və sürücü bir pillədən digərinə sükandakı düyməyə basaraq (muftaya toxunmadan) pilləni dəyişə bilər. 5 saniyəyə taxılıb çıxa bilən funksional sükanın qiyməti 30.000 dollardan 100.000 dollara qədərdir.



Formula 1-də olan baş sponsorlar sadəcə loqolarının avtomobildə görünməsi üçün 50 milyon dollara qədər ödəniş edirlər.



Detal Qiymətləri:

• Öz qiyməti 15.000.000 $
• Elektronika sistemi 4.000.000 $
• Motoru 600.000 $
• Transmissiyası 130.000 $ (6.000 km dözür, 500 dərəcə istiliyə tab gətirir və 20 milli saniyə tezliyində pillə dəyişir)
• Sükanı 100.000 $ (qaz pedalından başqa hər şeyi idarə edir)
• Səs boğucu sistemi 26.000 $
• Yanacaq çəni 20.000 $
• Ön bamperin çıxıntısı 19.000 $
• Arxaya baxan güzgüsü 12.000 $ (kiçik də olsa 14.000 m2 ərazini tam göstərir)
• Radiatoru 11.000 $
• 1 diski 10.000 $ (4 kq çəkisi var və hazırlanması 5 ay çəkir)
• Əyləc qəlibi 6.000 $ (1.4 kq-dır və 1.000 dərəcəyə dözür)
• 1 təkəri 800 $ (200 km dözür)
• Formula 1 avtomobilinin bütün çempionatı başa vurması üçün təkərindən tutmuş yandırdığı benzinə qədər $ 40 milyon dollar lazımdır (orta hesabla 1 km-ə 500 $)



Texniki göstəriciləri.

Motor 1.6 Hibrid-Turbo (3.5 bar) / V6 / 850 HP / 1480 Nm / silindir diametri 98 mm / porşenin gedişi 39.77 mm / maksimal sürət 369 km/s / 0-100 = 1.7 saniyə, 0-200 = 3.8 saniyə, 0-300 = 8.6 saniyə / yarış rejimində yanacaq sərfiyyatı 75 L / ötürücü tam/ 8 pilləli semi avtomatik transmissiya / uzunluq 5000 mm, eni 1800 mm, hündürlük 950 mm, yerdən hündürlük 10 mm (+/- 1 mm), təkər bazası 3300 mm / təkər ölçüsü 245/55 R13 və 325/45 R13 / ağırlıq 702 kq / yanacaq tutumu 135 L


Rəylər

Oxşar məqalələr

2017 Opel İnsignia B

2017 Opel İnsignia B

1937 Mercedes 540K W29

1937 Mercedes 540K W29

2019 Subaru İmpreza WRX STİ

2019 Subaru İmpreza WRX STİ

Yeni Supercar Koenigsegg Jesko

Yeni Supercar Koenigsegg Jesko

Yeni Pickup Mercedes X Class

Yeni Pickup Mercedes X Class

2008 Hyundai Sonata NF

2008 Hyundai Sonata NF

4x4 Lada Niva 2121 Tarixçə

4x4 Lada Niva 2121 Tarixçə

2012 Nissan Maxima A35

2012 Nissan Maxima A35