Ən güclü zavod mühərrikli avtomobil. 2018 Dodge Challenger SRT Demon

Ən güclü zavod mühərrikli avtomobil. 2018 Dodge Challenger SRT Demon

Amerikan Muscle tarixinin ən sürətli avtomobili ilə tanış olun. V8 bazası üzrə dünyanın ən güclü stok motoru Dodge Challenger SRT Demon motorudur. Bu avtomobil Dünyanın küçədə sürülə biləcək ilk avtomobilidir ki, Aİ-100+ oktanlıq benzinlə işləyir. Motorun hava ehtiyacını təmin etmək üçün daha iri kapot hava girişi yerləşdirilib. SRT Hellcat modelindən 105 kq daha yüngüldür. 1/4 mil məsafəni (400 metr) 9.65 saniyəyə qət edərək ən tez gedən avtomobil oldu. 9.65 saniyə ərzində 400 metrə 225 km/s sürətini yığıb. Maksimal gücdə 0-dan sürətlənmə zamanı avtomobilin ön təkərləri 89 sm uzunluqda asvaltdan tam ayrılır. Bu da Guinness rekordlar kitabına ən uzun məsafə kimi düşüb.



Demon modeli üçün xüsusi gücləndirilmiş yeni təkərlər sayəsində sürətlənmə zamanı gecikmə baş vermir.



707 at gücü olan Hellcat modeli üzərində yenidən işlənən Demon 97 ədəd yenilənmiş detal ilə ortaya çıxdı. Supercharger təzyiqi artırıldı, Porşen və Klapanlar yeniləndi, nəticədə Demon modeli Hellcat-dan 90.7 kq daha yüngül oldu. Bu ağırlıqların atılması üçün 16 ədəd səs dinamiki çıxarıldı, əyləc diskləri alüminiumdan düzəldildi və xüsusi DRAG təkərləri əlavə olundu. Tərcümədə "Şeytan" mənasına gələn Demon modeli cəmi 3.000 ədəd istehsal ediləcək. Amerikada qiyməti 84.995 $.



Salonda yanacaq düyməsini basdığınız zaman Avtomobil artıq 100 oktanlıq benzini motorda yandırmağa başlayır və daha güclü performans əldə edir. Sürətlənmə zamanı 1.8G-lik qüvvəti ilə də dünya rekorduna imza atıb. Avtomobil 0-96 km/s sürətini cəmi 2.3 saniyəyə toplayır.



Texniki göstəriciləri.

• 6.2 HEMİ Demon - Motor 6.2 Supercharger / V8 / 840 HP / 1044 Nm / 0-100 = 2.5 saniyə / maksimal sürət 270* km/s (* limit) / trasda 11.2 L, şəhər içində 22.5 L / ötürücü arxa / 8 pilləli avtomatik transmissiya / uzunluq 5022 mm, eni 1923 mm, hündürlük 1450 mm, yerdən hündürlük 112 mm, təkər bazası 2946 mm / təkər ölçüsü 315/40 R18 / ağırlıq 1926 kq / baqaj həcmi 459 L / yanacaq tutumu 75 L / dönüş bucağı 11.4 m





Rəylər

Oxşar məqalələr

2017 Opel İnsignia B

2017 Opel İnsignia B

1937 Mercedes 540K W29

1937 Mercedes 540K W29

2019 Subaru İmpreza WRX STİ

2019 Subaru İmpreza WRX STİ

Yeni Supercar Koenigsegg Jesko

Yeni Supercar Koenigsegg Jesko

Yeni Pickup Mercedes X Class

Yeni Pickup Mercedes X Class

2008 Hyundai Sonata NF

2008 Hyundai Sonata NF

4x4 Lada Niva 2121 Tarixçə

4x4 Lada Niva 2121 Tarixçə

2012 Nissan Maxima A35

2012 Nissan Maxima A35