HP ilə Nm arasında fərq nədir?

HP ilə Nm arasında fərq nədir?

HP sözünün açılışı "Horse Power" yəni at gücü deməkdir. 75 kq ağırlığındakı avtomobilin 1 saniyədə 1 metr hərəkət etməsi üçün lazım olan güc miqdarıdır. Atın 1 saniyədə 1 metr irəliyə daşıdığı güc miqdarı 50 kq-dır. Ancaq avtomobillərdə at gücü mühəndislər tərəfindən 75 kq təyin edilmişdir.

Nm isə Nyutonmetr yəni fırlanma anı (moment qüvvəsi) deməkdir. Avtomobilin sürətlənməsini həyata keçirən şey Nm-dir. HP ilə Nm arasındakı fərqi çox az adam bilir. Bir çox sürücü avtomobil alarkən sadəcə at gücü ilə maraqlanır ancaq motorun fırlanma anının neçə olması ilə maraqlanmır.

Daha rahat başa düşülməsi üçün "loru" dildə izah edim. HP avtomobilin maksimal sürətinə təsir edirsə, Nm avtomobilin dartma qüvvəsinə təsir edir. Məsələn: 2 avtomobilimiz var və hər ikisi də 100 at gücündədir. Biri 250 Nm, digəri 100 Nm olsun. At gücləri eyni olduğu üçün hər iki avtomobilin maksimal sürəti eyni olacaq. Ancaq dartma qüvvəsi çox olan 250 Nm-lik avtomobil maksimum sürətə daha tez çatacaq. Çünki fırlanma anı digərindən çox olduğu üçün özünü daha cəld dartıb aparacaq. Bu avtomobilləri bir-birinə bağlayıb əks tərəfə sürsək yenə də Nm-i çox olan digər avtomobili dartıb aparacaq.



Motorda dirsəkli valın 1 dəqiqə içində dönmə sayı Nm-dir. Dönmə sayının az ya da çox olması avtomobilin sürətini və dartma qüvvəsini təyin edir. Fırlanma anını nə qədər yüksək dövrdə əldə etsəniz at gücü o qədər çox olacaq.

Bəs dizel motorlarda Nm nə üçün benzin motordakından çox olur? Dizel motorlarda porşenin gediş qolu benzin motordakından daha uzundur. Uzun qollar daha yüksək fırlanma qüvvəti verəcəyi üçün dizel motorların Nm-i daha çox olur. Buna görə də dizel motorlar daha çox dartma qüvvəsinə sahib olur, az dövrlə daha çox iş görə bilir və daha az yanacaq sərf edirlər. Dartma qüvvəsindən qazanc əldə etdik amma gücdən itirdik. Çünki porşenin gediş qolu uzun olduğu üçün dizel motorlar yüksək dövrlərə çıxa bilmirlər.



Nm gücü, yuxarıda dediyimiz kimi dartma qüvvəsi, HP isə daha çox sürət ilə əlaqəlidir. Gücün istifadə olunacağı ehtiyaclar fərqlidir. Misal üçün yarış avtomobillərinin at gücü çoxdur. Çünkü sürətli olmağa məcburdurlar. Nm gücünün sürətlə bir əlaqəsi yoxdur. Ancaq sürət lazım olmayıb dartma qüvvəsi lazım olan məqamlarda daha çox dizel motorlardan istifadə olunur. Buna misal olaraq traktorlar, yük maşınları və s. göstərə bilərik.

Təkərlərin diametrinin kiçildilməsi Nm dəyərini artırır, yəni sürətlənməyə müsbət təsir edir ancaq maksimal sürəti nisbətən aşağı salır.