2018 Bmw M5 F90

2018 Bmw M5 F90

2019 Bmw M5 F90 banında hansı yeniliklər var? Bundan qabaq 6 nəsildir istehsal edilən Bmw 5-ci seriya cəmi 7.6 milyon satılmışdı. 7-ci nəslin gövdəsində istifadə olunmuş Alüminium və gücləndirilmiş Polad materialı ilə əvvəlki nəsildən 100 kq daha yüngül olub. Buna yeni 7-ci seriya olan G11 banın biraz kiçildilmiş versiyası kimi baxa bilərsiniz. Yenidən dizayn edilmiş Şassi sayəsində ağırlıq mərkəzi daha aşağı salınıb. 5 metrə yaxın olan avtomobilin küləyə davamiyyət səviyyəsi 0.22-dir və bu sinifin ən aşağı nəticəsidir.



Faralar incəlsə də əvvəlkindən böyükdür. İşıqlı yol üçün Adaptiv LED işıq sistemi quraşdırılıb. Ksenondan fərqli olaraq LED faraların ömrü avtomobilin ömrünə bərabərdir. Yəni müddət qoyulmur. Əlavə olaraq qeyd edim ki, LED faralara fara yuyucu mexanizm ehtiyac deyil.



Radiator setkaları havanın temperaturuna görə avtomatik olaraq müəyyən miqdarda açılıb bağlanır.



Opsiyaya daxil olan Aktiv Cruiz Control sistemi sayəsində avtomobil yarı avtomatik olaraq yolda özü irəliləyə bilir.



Yol parametrlərini ön şüşədə əks etdirən LED sistemi əvvəlkindən 70% böyük əks olunur. Bmw Connected Drive funksiyası sayəsində avtomobildə hər zaman internet olacaq. Panelin üstünlüyü odur ki, gözünüzü yoldan ayırmadan sürətinizə, xəritənizə, musiqi pleyerinizə və s. nəzarət etmək olur




7-ci seriyada olduğu kimi G30 da da arxa təkərlər dönəcək. Bu sistemin Patenti "Nissan"-a aiddir.



Ancaq bu arxa təkər dönmə sistemi Nissanda daha üstündür. Çünki sərt döngələrdə avtomobilin arxasının sürüşməməsi üçün arxa sol təkər sağa doğru dönəndə, arxa sağ təkər sola doğru dönür ki, yolu daha güclü tutsun. Təkərlər 60-a qədər əks dönür. 60-dan sonra eyni istiqamətdə dönür ki, yüksək sürətin tələbinə görə maşının arxası fırlanıb yoldan çıxmasın. Yəni 60-dan sonra eyni istiqamətdə yox əks istiqamətdə dönsə maşının arxası tam əksinə dönər və hadisə baş verər. Aşağı sürətdə bu baş vermir, yəni maşını dönəcək yerə daha rahat döndərir.



Texniki göstəricilərini sizlərə təqdim edirik.

• M5 G-Power - Motor 4.4 Twin-Turbo / V8 / 800 HP / 980 Nm / 0-100 = 2.9 saniyə / maksimal sürət 335 km.h / ötürücü tam / 8 pilləli 2 muftalı robot transmissiya / uzunluq 4966 mm, eni 1903 mm, hündürlük 1469 mm / ağırlıq 1915 kq (Bu gücü almaq üçün ECU xəritəsi dəyişilib, motora yeni çıxış boruları və yeni katalitik çeviricilər əlavə olunub, daha böyük Turbolar və 100 mm eqzoz boruları taxılıb. Nəticədə 800 HP G-Power ərsəyə gəlib)

• M5 F90 Competition - Motor 4.4 Twin-Turbo / V8 / 625 HP / 750 Nm / 0-100 = 3.3 saniyə, 0-200 = 10.8 saniyə / maksimal sürət 250* km.h / trasda 7.9 L, şəhər içində 13.7 L / ötürücü tam / 8 pilləli 2 muftalı robot transmissiya / uzunluq 4966 mm, eni 1903 mm, hündürlük 1469 mm / təkər ölçüsü 275/35 R20 və 285/35 R20 / ağırlıq 1940 kq / baqaj həcmi 530 L / yanacaq tutumu 68 L

• M5 F90 xDrive - Motor 4.4 Twin-Turbo / V8 / 600 HP / 750 Nm / 0-100 = 3.4 saniyə, 0-200 = 11.1 saniyə / maksimal sürət 250* km.h / trasda 7.8 L, şəhər içində 13.5 L / ötürücü tam / 8 pilləli 2 muftalı robot transmissiya / uzunluq 4965 mm, eni 1903 mm, hündürlük 1473 mm / təkər ölçüsü 275/35 R20 və 285/35 R20 / ağırlıq 1930 kq / baqaj həcmi 530 L / yanacaq tutumu 68 L


Rəylər

Oxşar məqalələr