2020 MANSORY Bentley Flying Spur Luxury

2020 MANSORY Bentley Flying Spur Luxury

MANSORY, Bentley Flying Spur W12-ni tam dəyişdirilmiş olaraq təqdim edir.



• Tam dəyişdirilmiş elementlər
• Qırmızı rəng tonları ilə qara metallik özəl boya
• 3D dəri qabartma və karbon işləməyə sahib daxili məkan
• 710 HP ve 1.000 Nm-ə qədər güc artışı
• Performans: 100 sürətini 3.6 saniyədə Vmax 340 km/s maksimal sürət



Sadəcə bir neçə həftə öncə təqdim edilən Bentley Flying Spur W12, özünün xüsusi həvəskarları üçün MANSORY tərəfindən diqqət çəkici dəyişikliklərlə əsl Saray avtomobilinə çevrildi. Karbon elementlərlə tam qara örtüyə malik bütün birləşimlər MANSORY mühəndis və dizaynerləri tərəfindən son dərəcə dəqiqliklə istehsal edildi.



Mühərrik kontrol uniti və yüksək performanslı eqzoz sistemi üçün dəyişdirilmiş ECU sayəsində, mühərrik at gücü 626-dan 710 at gücünə qaldırıldı. Nəticədə, bu ölçülərdəki avtomobilin sürətlənmə və çevikliyi qalıcı olaraq dəyişdirilmiş olur.

Bu əlavə gücü yola düzgün və komfortlu şəkildə ötürmək üçün, ön oxda 10x22, arxa oxda 12x22 ölçüdə "BY5" tökmə diskləri taxıldı. Şirkət bu disklərlə yanaşı, "F23" tipli çox qollu tökmə diskləri də təklif edir. Yolu maksimum qavramaq üçün hər iki disk seçimində də öndə 275/35 və arxada 315/30 ölçülərində ultra yüksək performanslı təkərlərlə istifadəyə verilir.

Flying Spur-un zəngin dəri interyerinə əlavə olaraq, yeni bir dəri-karbon sükan, alüminium sport pedal dəsti, tünd karbon əlavələr və qapı əlavələrində 3D qabartmalı yenilik bəxş edən dəri əlavələr edildi.



Zərərli qaz tullantı dərəcəsi CO2 ortalama olaraq km başına 323 qram təşkil edir. Yanacaq sərfiyyatı isə qarışıq rejimdə 100 km-ə 13.8 L-dir.

• 2020 Mansory Flying Spur - Motor 6.0 Twin-Turbo / W12 / 710 HP / 1000 Nm / 0-100 = 3.6 saniyə / max sürət 340 km.h / trasda 10.2 L, şəhərdə 22.6 L / tam ötürücü / 8 pilləli transmissiya / uzunluq 5316 mm, eni 1987 mm, hündürlük 1484 mm, təkər bazası 3194 mm / təkər ölçüsü 275/35 R22, 315/30 R22 / ağırlıq 2437 kq / baqaj 420 L / yanacaq tutumu 90 L
























Rəylər

Oxşar məqalələr

Changan F70 Pickup

Changan F70 Pickup

Yeni Krossover Changan CS75 Plus

Yeni Krossover Changan CS75 Plus

Modern və Kompakt. Changan CS15

Modern və Kompakt. Changan CS15

Changan CS95 SUV

Changan CS95 SUV

Yeni Changan Eado DT

Yeni Changan Eado DT

Yeni 2020 Bmw 5-ci Seriya

Yeni 2020 Bmw 5-ci Seriya