Changan F70 Pickup

Changan F70 Pickup

Changan F70 Pickup modeli PSA Qrupun (Peugeot-Citroen) Changan ilə ortaq məhsuludur. F70-in 2WD və 4WD seçimlərinə sahib uzun təkər bazalı versiyası da mövcuddur. F70 Pickup, 3180 mm təkər bazasına sahibdir. 5330 mm ümumi uzunluğuna görə gövdə böyüklüyü Çin bazarında onu ən yaxşılar arasında yer tutmasına səbəb olur. Genişliyi 2 metrə yaxındır (1930 mm). Müqayisə məqsədilə rəqibi olan Pickup Toyota Hilux Revo 1855 mm, İsuzu D-Max isə 1860 mm genişliyindədir. Yəni Changan F70 onların hər ikisindən daha genişdir. Uzun gövdəli versiyanın ümumi uzunluğu 5580 mm, təkər bazası 3430 mm-dir.

Avtomobil öndən sərt görünüşə sahibdir. Çoxkünclü radiator setkası, avtomobilin daha aqressiv görünməsi üçün qalın qara bir dekorasiya ilə çevrələnmişdir. Hər iki tərəfdə duman lampaları, ön hissənin sport elementlərini daha da zənginləşdirən yaxşı dizayna malik üçölçülü dizayna malikdir.



Uzunluq olaraq Changan F70, Hilux ilə demək olar eynidir. Ancaq genişlik və yüksəklik baxımından ondan olduqca böyükdür. Standart versiya F70-in diskləri 17 dyüm gəlsə də, uzun versiyada bu ölçü 18 dyümdür. Versiyaya bağlı olaraq 245/65 R17 ölçüsündə Komfort və Lüks versiyada 265/65 R17 ölçüdə təkərlər istifadə oluna bilir.

Peugeot-nun təsiri interyerdə daha qabarıqdır. 12 dil dəstəkli 12 dyümlük sensor ekran uniti, pianino stili kontrol düymələri, böyük kvadrat şəkilli hava kanalları, 2 qollu çoxfunksiyalı düz dabanlı sükan və mexaniki transmissiya qolu nəzərə çarpandır. Bu sinifdəki avtomobil üçün nadir olan, salondakı səs-küyü azaltmaq üçün 44 dB NVH səviyyəsində Kabin səs izolyasiyası ilə təkmilləşdirildi. Avtomobilin yerdən hündürlüyü 230 mm, kuzanın dərinliyi 900 mm-dir. Avtomobil çürüməyə qarşı 10 illik keyfiyyətə malikdir.



Avtomobil ən yeni nəsil Call 3.0, ağıllı səs kontrolu, uzaqdan izləmə proqramı və 360 dərəcə yüksək sıxlığa malik 3D görüntü kameraları ilə təchiz edilib. Təhlükəsizlik özəllikləri arasında hava yastıqları, EBD özəllikli ABS, ESP, dartma kontrolu, öz-özünə kilidlənən differensial, öndən toqquşma xəbərdarlıq sistemi, aktiv əyləc sistemi, yol xəttindən çıxma xəbərdarlığı, dik enişli yoxuş təhlükəsizlik sistemi, start-stop özəllikli mühərrik işə salma/söndürmə, təkər təzyiqi izləmə, adaptiv kruiz kontrol, LED arxa fənərlər, ağıllı düymələr və daha çox funksiyalar mövcuddur.



Mühərrik seçimi arasında 2.4 Turbo benzin, 2.5 Turbo dizel və 1.9 Turbo dizel seçimini edə bilərsiniz. Hər 3 mühərrikdə də 6 pilləli mexaniki transmissiyadan istifadə olunub. Növbəti illərdə 8 pilləli avtomatik transmissiya seçimi əlavə olunacaq. Benzin versiyalı mühərrik Mitsubishi istehsalı olub, dize mühərriklər isə İsuzu istehsalıdır.



Qlobal bazara satılan versiyasında Kaicene loqosu yerinə Changan loqosundan istifadə olunur. Çin versiyası ilə Qlobal versiya arasında çox kiçik kosmetik fərqliliklər var. Bəzi Avropa və Latın Amerikası ölkələrində F70, Peugeot markası altında bazara çıxarılacaq və Hunter adını alacaq. Lüks versiyada arxada olan kabini elektrikli mühərriklə qaldırıb yenidən aşağı salmaq mümkündür. Bu sayədə siz mini yük avtomobili sürmüş kimi onun tam imkanlarından faydalana bilərsiniz.



Bütün Changan F70 pickup-ları beynəlxalq E-NCAP standartına uyğun olaraq təkmilləşdirilmişdir. Avtomobil +52 dərəcə kimi yüksək temperaturda, 95% nəmli hava şəraitində 5.000 metr yüksəklikdə, -40 dərəcə kimi soyuq hava şəraitində 10 milyon km kimi uzun məsafəli həddindən artıq ağır 5 test mərhələsi keçərək Dünyanın 100-dən çox ölkəsində problemsiz işləməsi üçün uyğunlaşdırıldı.



Avtomobil üst səviyyə stabilizasiya və manevr qabiliyyətinə sahibdir. Şassi sistemi PSA şassi ustası və Detroit-dəki Changan mərkəzinin Yaponiya mühəndisləri tərəfindən təmin edilən tam şassi təchizatı ilə ortaq tənzimlənən və ESC sistemi ilə birgə işləyən üstün şassi sisteminə sahibdir. Bu səbəblə 1 dəqiqə içində 14 dövr çarpaz manevr qabiliyyəti ilə yarışmada Guiness rekordunu qazandı.



Avtomobilin yük hissəsi 1.2 Tona qədər yükü götürə bilir. Ümumilikdə isə 3.5 Tona qədər yükü çəkib apara bilir. Avtomobil hansı parametrləri təklif edir?

• Motor 1.9 Turbo-Dizel / L4 / 150 HP / 350 Nm / 0-100 = 13.2 saniyə / max sürət 177 km.h / arxa ötürücü / 6 pilləli mexaniki transmissiya / uzunluq 5330 mm, eni 1930 mm, hündürlük 1835 mm, təkər bazası 3180 mm / təkər ölçüsü 265/65 R17 / ağırlıq 1950 kq







Rəylər

Oxşar məqalələr