Dəbli və müasir Changan Eado Plus

Dəbli və müasir Changan Eado Plus

Kompakt avtomobil sinifinə aid Changan Eado Plus, alıcılara Standart və Sport olmaq üzrə seçim üçün 2 fərqli görünüşə malik avtomobil təqdim etdi. Mühərrik seçimində 157 at gücündə 1.4 litrlik Turbo mühərriklə birgə işləyən 5 pilləli mexanika, 6 pilləli sadə avtomatik və 7 pilləli 2 muftalı robot transmissiya seçimini edə bilərsiniz.



Yeni Eado Plus, sadə Eadoya nəzərən daha aqressiv görünür. Faraların daxili qara rəngə bürünüb və aqressivlik üçün ölçüsü daha kompakt edilib.

Standart versiya Eado Plus-un radiator barmaqlıqları paralel şəkilli xrom elementli olsa da, Sport versiyada qəfəs şəkilli qara pətək dizaynında istehsal edilir. Hər iki versiyada da avtomobilin daha geniş görünməsini təmin edən LED DRL işıqlı incə faralar mövcuddur. Avtomobilə açarsız giriş mümkündür, qapılar bağlandıqda yan aynalarda avtomatik qatlanma özəlliyi də var.



Yan profildə ikiqat bel xətti dizaynı tətbiq edilsə də, avtomobil fastback stili güclü bir sportivlik hissini vurğulayır. Arxa hissəyə nəzər salsaq ön faraların dizaynına uyğun olan və faralara birləşdirilmiş əyilmiş dizaynlı qalın xrom çubuqla tamamlanıb bir-biri ilə vəhdət təşkil edən incə arxa faraların olduğunu görə bilərik. Xrom işləməli iki ədəd səsboğucu çıxışına malik arxa bamper dizaynı Eado Plusu arxa hissədən də müasir və sportiv quruluşa sövq edir.



İnteryer dizaynında da tamamilə yeni, sürücüyə doğru əyilmiş cüt ekranlı orta konsol nəzərə çarpır. Bu ekranların ölçüsü 10.25 dyümdür və 3 fərqli temanı dəstəkləyir. Digər tərəfdə isə AC və səs sistemi idarəedicisi, ağıllı avtomobil kontrol sistemi yer alır. Açıla bilən panoramik tavan, 3 qollu çoxfunksiyalı sükan, start-stop düyməli mühərrik işə salma/söndürmə sistemi, elektronik əl əyləci, 360 dərəcə görüntü təmin edən kamera sistemi, səs və video multimedia sistemi, avtomatik işləyən klimat kontrol, elektronik tənzimlənən sürücü oturacağı və s. kimi müasir texnologiya avadanlıqları Eado Plus-da mövcuddur.

İç məkan tamamilə yenilənib. Qapı panelləri və qolluqlar belə dəyişdirildi. Bu dəyişikliklərə müştəri incələmələrinə əsasən daha rahat hala gətirilən oturacaqlar da daxildir. Ön panel dizaynı modern və kompakt Mercedes dizaynından ilhamlanıb. Maraqlı şəkildə, dizaynerlər, sərnişinin önündəki səs sisteminin səs səviyyəsini dəyişdirən kiçik sensor paneldən imtina etdilər. Bütün kontrol artıq sürücünün ixtiyarındadır.

Avtomobilin interyerini büdcəli avtomobil interyeri ilə bir tutmaq olmaz. Çünki daxildəki hər şey modern Mercedes modelləri tərzində hazırlanır.



Eado Plus modelinin uzunluğu 4730 mm təşkil edir ki, bu da onun sadə Eadodan 20 mm daha uzun olması deməkdir. Ancaq avtomobilin eni, hündürlüyü və təkər bazasında heç bir dəyişiklik edilmədi. Uzunluq dəyişsə də, gücü təkərlərə ötürən orqanların heç birinə toxunulmadı. Standart olaraq sedanda 205/60 R16 ölçülü disklər verilsə də, 215/50 R17 ölçülü diskləri də komplektasiyaya əlavə etmək mümkündür.



Asqı sistemində keyfiyyətli MacPherson müstəqil ön asqılardan istifadə olunub. Bütün təkərlərdə disk əyləclər və standart bir asistant paketi olan ESP, BAS, TCS, EBD və ABS mövcuddur.



Bəs avtomobil bizə hansı texniki parametrləri təklif edir?

• Motor 1.4 Turbo / L4 / 158 HP / 260 Nm / 0-100 = 9.3 saniyə / max sürət 200 km.h / trasda 5.8 L, şəhərdə 8.6 L / ön ötürücü / 7 pilləli 2 muftalı robot transmissiya / uzunluq 4730 mm, eni 1820 mm, hündürlük 1505 mm, təkər bazası 2700 mm / təkər ölçüsü 215/50 R17 / ağırlıq 1365 kq / baqaj 500 L / yanacaq tutumu 53 L
















Rəylər

Oxşar məqalələr