Yeni Krossover Changan CS75 Plus

Yeni Krossover Changan CS75 Plus

Changan CS75 Plus, 280T etiketli 178 at gücünə malik 1.5 L Turbo mühərrik və 360T etiketli 233 at gücü hasil edən daha sportiv olan 2.0 Turbo mühərrikli versiyalarda istehsal edilir. Burada istifadə olunan 2.0 Turbo GDİ mühərrik, CS85 Coupe və CS95 kimi üst siniflərdə istifadə olunan Blue Core mühərriklərdir. 1.5 Turbo mühərrikli versiyada 6 pilləli avtomatik transmissiya istifadə olunsa da, 2.0 Turbo versiyada eyni ilə üst versiyalarda olduğu kimi Aisin 8 pilləli avtomatik transmissiyadan istifadə olunub.



CS75 Plus, CS75-ə nəzərən ciddi dəyişiklik keçirdi. LED matris faralar, multimedia sistemi dəstəkli dijital tablet, çox funksiyalı kameralar və panoramik dam əlavə olundu. Əlavə funksiyalar içinə avtomatik park sistemi, enduksiya təmizləyici, iki zonalı klimat kontrol və ağıllı faralar əlavə edə bilərsiniz.



Əvvəlki versiyalarla qarşılardırıldıqda CS75 Plus 50 mm uzunluqda, 15 mm genişlikdə və 5 mm yüksəklikdə artış əldə etdi. Təkər bazası 2700 mm-dən 2710 mm-ə artırıldı. Bu da salonda arxada oturan sərnişinlər üçün diz məsafəsinin daha da yaxşılaşdırılmasına səbəb olur.

Sportiv performanslı görünüşünün bir qismini də radiator setkasının böyüməsindən alır. Kapotun kənarı boyunca uzanan incə LED çıxıntı faraları özünə birləşdirərək bu görüntünü tamamlayır.



Ön palçıqlıqlardakı qırmızı "S" etiketləri, onun digər modellərdən fərqləndiyini göstərən simvoldur. Bu simvol arxa hissədə spoilerin üzərində də öz əksini tapır. Bu sportiv toxunuşları arxa bamperin altında yerləşdirilən, saxta olmayan 4 real səsboğucu çıxışı tamamlayır. Normal versiyada isə bu səsboğucular 2 ədəd dekorativ borudan ibarətdir. Arxa fənərlərin daxili tam müasir üslubda hazırlanıb və qüsur tapmaq olduqca çətindir. Fənərlər kəskin xətlərə sahibdir və alov Phoenix şəklində dizayn edilmişdir.



Çinlilərin digər bir üstün xarakteri də birləşmiş interyer təkmilləşdirmədə professional olmalarıdır. Eyni markanın içində modeldən-modelə keçid minimal səviyyədə qüsursuz aradan qaldırılır. Bəzi funksional və erqonomik qüsurlar ortadan qaldırıldı və yeniləri yaradılaraq problemlərin öhdəsindən gəlindi. Bütün üfürücü və isidici blok, dar hava kanalları altında ön panelin ortasında yerləşdirildi. Mühərriki işə salan Start-Stop düyməsi də bu hissəyə yerləşdirilib və buna tez bir zamanda öyrəşəcəksiniz. Meşə havası saflığında hava təmizləyici filter sistemi bu modeldə də qarşımıza çıxır.



Sensor olan düymələrin insan-texnika arasındakı yanlış anlaşılma prinsipini aradan qaldırmaq üçün titrəyiş qabaqlayıcı sistemi əlavə olundu. Konsol hissəsinə yalnız hava axımı, sürət tempi kontrolu yerləşdirilmişdir. İstiliyi tənzimləmək üçün menyuya daxil olmalısınız. Menyuda olan hava axımı bölgələrini tənzimləmək üçün ideal köməkçi animasiyalar mövcuddur.

Multimedia qismində hər şey daha yaxşıdır. Normal dönən səs kontrolu yerinə, transmissiya qutusu seçicinin sağında sükanda olduğu kimi sallanan bir açar var. Bu açar dəri örtüyü ilə CS85 modelində olduğu kimidir. Multimedia ekranının pikseli yaxşı, işləmə sürəti isə normaldır. İnternetə daxil olmaq üçün bu sistemdə 4G modem, uzaqdan idarə olunan Bluetooth mövcuddur. Stəkan altlıqları pərdə ilə bağlana bilir. Arxa və yan görüntü kameraları sadəcə park zamanı yox, multimedia sisteminə SD kart taxılan zaman foto və video çəkmək üçün görüntü kamerası kimi də istifadə oluna bilir.

Sükan çarxı Baviera stilindən çıxacaq qara bir parlaqlıqla önümüzə çıxarıldı. 12.3 dyümlük mərkəzi sensor paneldə yetərli kontras və parlaqlıq var. Eco, Normal və Sport sürüş rejimlərindən birini seçdiyinizdə bu panel də həmin rejimə uyğun rəngə bürünəcək. Salonda akustikanı təmin etmək üçün 8 ədəd güclü dinamiklərdən istifadə olunub.



Qapı tutacaqları yenidən dizayn edilərək, qışda qulplarda suyun qalmamasını təmin edir və donaraq onun açılmama ehtimalını aradan qaldırır. Bu model də son dərəcə isti +50 dərəcə qovurucu səhra, -50 dərəcə kimi çox soyuq Rusiya qar səhrasında test edildi. Mühərrik işə düşdüyü və yerində işlədiyi zaman salonda praktik olaraq hiss edilmir.

Arxa oturacaqlarda baş və diz məsafəsi üçün yetəri qədər yer mövcuddur. Arxada oturan sərnişinlər üçün də 12 voltluq çıxış da nəzərə alınıb. 620 litrlik baqaj həcmi arxa oturacaqlar qatlandığı zaman 1450 litrə qədər böyüyə bilir. Baqaj qapağı da komfortu təmin etmək üçün düymə ilə bağlanmasını təmin edən elektrikli bağlayıcı ilə təmin edildi.



Changan CS75 Plus ilk dəfə olaraq APA 5.0 super uzaqdan park etmə sistemi ilə təchiz edildi. Bəs avtomobil bizə hansı texniki parametrləri təklif edir?

• 2.0 AT - Motor 2.0 Turbo / L4 / 233 HP / 360 Nm / 0-100 = 7.5 saniyə / max sürət 193 km.h / trasda 6.3 L, şəhərdə 11.5 L / ön ötürücü / 8 pilləli transmissiya / uzunluq 4700 mm, eni 1865 mm, hündürlük 1710 mm, təkər bazası 2710 mm / təkər ölçüsü 225/55 R19 / ağırlıq 1725 kq / baqaj 620/1450 L / yanacaq tutumu 58 L

• 1.5 AT - Motor 1.5 Turbo / L4 / 178 HP / 265 Nm / 0-100 = 11.2 saniyə / max sürət 180 km.h / trasda 5.2 L, şəhərdə 10 L / ön ötürücü / 6 pilləli transmissiya / uzunluq 4690 mm, eni 1865 mm, hündürlük 1710 mm, təkər bazası 2710 mm / təkər ölçüsü 225/60 R18 / ağırlıq 1625 kq / baqaj 620/1450 L / yanacaq tutumu 58 L









Rəylər

Oxşar məqalələr