Bokser mühərrik nədir?

Bokser mühərrik nədir?

Bokser, yəni B6 mühərrik. Bokser mühərrikin patenti ilk dəfə 1896-cı ildə Karl Benz (Mercedes-Benzin yaradıcısı) tərəfindən alınmışdır. "V" tipli mühərrikdən fərqi, mərkəzdə yerləşən ana blokun hər iki istiqamətdə eyni dərəcədə işləmə prinsipidir. Motorxanası dar olan maşınlara rahat quraşdırılır, At gücü və Nyutonmetri daha artıq olur. Belə olduqda avtomobilin ağırlıq mərkəzi yerə daha yaxın olur. Ağırlıq mərkəzi nə qədər yerə yaxın olsa avtomobilin mərkəzdən qaçma qüvvəsi avtomobilin üzərinə tətbiq etdiyi sürüşmə effektini də bir o qədər azaldır. Nəticədə avtomobil yolu daha yaxşı tutur. Bu sistemdən Alfa Romeo, Porshce və Subaru modellərində çox istifadə edilir. "V" tipli mühərrikə nisbətən ömrü daha azdır, ancaq yanacağa qənaətcil olub, mühərrikdəki titrəşim demək olar ki, olmur.