Modern və Kompakt. Changan CS15

Modern və Kompakt. Changan CS15

Changan CS15 5 qapılı kompakt SUV-dur. Kompakt olmaqla yanaşı, həm də modern üsluba sahib olan CS15, fərqli kənarları və dizaynı ilə digər kompakt SUV-lardan fərqlənir. Hər şeydən öncə bilmək lazımdır ki, CS15 modeli CS35 modelinin alt kateqoriyasında yerləşən kompakt keçid avtomobildir.



CS15 modeli geniş interyeri ilə həvəskarlarını təəccübləndirir. Qırmızı sportiv xətlərə sahib oturacaqları, qara rəngli Eko-dəri yastıqlar ilə bir-birini tamamlayaraq interyerdə özünəməxsus abu-hava yaradır. Sürücü oturacağı 3 istiqamətdə tənzimlənə bilir, arxa oturacaqlar qatlana bilir və tavan hissə panoramik tavandır. Bu sadalanan özəlliklər sizə və ailə üzvlərinizə daha çox rahatlıq və uyğunluq təmin edir.



7 ədəd seçilmiş rəng palitrası ilə CS15-nizi zövqünüzə uyğun sifariş edərək şəhər ətrafında özünüzdən əmin şəkildə gəzə bilərsiniz. CS15 107 at gücü ilə 145 Nm dövr təmin edən və 1 L yanacaqla 16.7 km yol performansı göstərən Bluecore texnologiyasına da sahibdir.

CS15-in ön hissəsinə nəzər salsaq, bamperdəki nəzərə çarpan parlaq radiator setqasını və LED duman faralarını görə bilərik. Təkərlər biraz kiçik olsa da, üst komplektasiyada qırmızı sport əyləc qəlibləri və böyüdülmüş disk seçimləri ilə öz avtomobilinizi digərlərindən fərqləndirə bilərsiniz. Avtomobilin tək rəng seçimi olduğu kimi, iki tonlu rəng kombinasiyaları da mövcuddur (ağ-qara).



Qabiliyyətli və yaradıcı Changan dizaynerləri artan gücü göstərmək üçün eksteryerə əzələ göstəricisi olan kənar əyriləri tətbiq etdi. CS seriyasının texnologiya və stil ünsürlərini özünə miras seçən CS15 iç məkanda da birlik, dinamizm və stili vurğulayır. Hər detalın keyfiyyəti zaman testinə tab gətirəcək şəkildə optimizasiya edilmişdir.



İrəli etibarlılıq, texnologiya və təhlükəsizlik ön plana çəkilmişdir. Əyləc sistemi, mövcud versiyalarla əlaqəli olaraq bir BOSCH kilidləmə sistemi (ABS), elektronik əyləc dağıdıcı (EBD), və əyləc sistanı (BAS) birlikdə işləyərək ekstremal vəziyyət belə olsa avtomobili rahatlıqla saxlamağa qadirdir. Texnologiyada hər versiyaya bağlı olaraq bir ötürücü kontrol sistemi (TCS) və bir yoxuş dəstək sistemi (HHC) də mövcuddur. CS15-də toqquşma enerjisini məhsuldar şəkildə udmasını təmin edən və ona daha çox dözümlülük verən HEEAB texnologiyasına (Yüksək Məhsuldar Enerji Uducu Gövdə) sahib gövdəyə sahibdir. Giriş versiyada 2 ön hava yastığı vardır. Lüks və Elit versiyaları üçün iki ədəd əlavə yan hava yastıqları da mövcuddur.



CS15 həmçinin Bosch Elektronik Stabilləşdirmə Proqramı (ESP) 9.0, gündüz sürüş faraları, təkərlərin təzyiqini göstərən monitor, arxa görüntü kamerası və avtomobili kənardan işə salmağa kömək edən kimi çox yönlü funksiyaları ilə sizi hər cəhətdən təhlükəsiz və sağlam bir şəkildə sürüş həyata keçirməyinizi təmin edər.



39 ədədə qədər saxlayıcı hissəyə sahib CS15 çevik dizaynından yaralanmaq üçün xüsusilə düşünülmüşdür. Bütün Changan modelləri müxtəlif şəraitlərdə test edilir. Son dərəcə isti +50 dərəcə qovurucu səhra, -50 dərəcə kimi çox soyuq Rusiya qar səhrası və 5200 metr yüksəkliyindəki Qinghai-Tibet yüksəkliyi, əlavə olaraq hər kub santimetrində 120 mg qum olan tozlu Turpan çölündə ağır testləri keçərək son istifadəçiyə təqdim edildi.



Bəs avtomobil bizə hansı texniki parametrlərlə gəlir?

• Motor 1.5 / L4 / 107 HP / 145 Nm / 0-100 = 10.5 saniyə / max sürət 180 km.h / trasda 5.4 L, şəhərdə 9.1 L / ön ötürücü / 5 pilləli DCT transmissiya / uzunluq 4135 mm, eni 1740 mm, hündürlük 1630 mm, təkər bazası 2510 mm / təkər ölçüsü 205/50 R17 / ağırlıq 1210 kq / baqaj 230-1100 L / yanacaq tutumu 44 L










Rəylər

Oxşar məqalələr