Changan CS95 SUV

Changan CS95 SUV

Çinli şirkən Changan, CS95 SUV versiyasını 2017-ci ildə Guangzhou avtomobil sərgisində həvəskarlara təqdim etdi. CS95, Changan şirkətinin avtomobil bazasındakı ən böyük minik avtomobilidir. Bu model həm 5, həm də 7 nəfərlik variant olaraq istehsal edilir və 2.0 Turbo mühərriklə 233 at gücü hasil edir. Bu mühərrik 5000-5500 rpm-də maksimum güc, 1750-3500 rpm-də isə maksimum dövr əldə edir. Mövcud olan tək transmissiya seçimi 6 pilləli avtomatikdir və Changan-ın NexTrac AWD sistemi ilə təchiz edilmişdir.



Kəpənək stilli ön radiator barmaqlıqları bu modeldə də diqqət cəlb edir. Çoxgüşəli dinamik disklər enerjiyə qənaət edən və səs-küyün qarşısını alan təkərlərlə avtomobilin keyfiyyətini yüksəldir. Salon elementləri həssas işgüzarlıq ilə keyfiyyətin birləşməsindən dekorasiyalı interyeri ərsəyə gətirdi. Bütün CS95 modellərində 12.3 dyümlük yüksək sıxlığa malik sensor ekran, insan və avtomobil arasındakı əlaqəni təmin edir və rahatlıqla şəxsiləşdirilmiş temaları dəstəkləyir.



Bluecore 2.0 Turbo güclü mühərriyinin potensialını artırmaq üçün birbaşa püskürtmə sistemindən istifadə olundu. Aisin 6 pilləli avtomatik transmissiyası daima problemsiz idarəetməni təmin edər. Bu transmissiyanın üstünlüyü mükəmməl yanacaq sərfiyyatı, əhatəli kontrol funksiyaları, səmərəli ötürmə performansı, sürətli pillə dəyişmə, təkmilləşdirilmiş neytral pillə funksiyasıdır.

BorgWarner ağıllı 4 təkərdən ötürücü sistemi müxtəlif yol şəraitinin öhdəsindən rahatlıqla gələ bilir. Bütün CS95 modelləri "təpədən eniş sistemi" ilə təchiz edilmişdir.



"Meşə havası" hava təmizləmə sistemi avtomobilin interyerini daim təmiz havan ilə təmin edər. Yüksək keyfiyyətə malik oturacaqlar rahat bir sürüşü təmin etmək üçün davamlı yoxlamalardan keçirilərək ərsəyə gətirildi. 10 ədəd Hi-Fi Pioneer səs sistemi Premium keyfiyyətdə musiqi həzzi yaşadır. Tavan hissəsinin böyük ölçülü panoramik pəncərəsi ilə səmanın böyük hissəsi rahatlıqla seyr edilir.



Yepyeni İn-Call ağıllı avtomobil qoşulma sistemi dünya ilə sizi hər zaman problemsiz şəkildə əlaqədə saxlamaqda kömək edir. Adaptiv sürət tənzimləyici (ACC) sistemi sükana toxunmadan sizi mənzilinizə çatdıra bilər. LCDA ağıllı sistemi də bu sürüş zamanı sizin qayğıdan uzaq səyahətiniz üçün daim işlək vəziyyətdə olacaq.



Bütün CS95 modellərində 360 dərəcə HD keyfiyyətdə görüntü təmin edən çox istiqamətli təhlükəsizlik kameraları mövcuddur. Sistemin tərkibini 4 ədəd HD kamera təşkil edir.



Tənzimlənə bilən Sürət Sabitləmə Sistemi. Bosch şirkətinin orta məsafəli MMR EVO14 radar sistemi ilə təchiz edilmiş CS95, önünüzdəki avtomobili təyin edə bilir. 0 ilə 150 km/s sürət aralığına sahib ACC sistemi hərəkət et-dayan funksiyası ilə işləyir. Bu sistem, CS95-in sabit dayandığı vəziyyətdən irəliləməsini və ayrılıqda ağıllı bir şəkildə sürətlənib yavaşlamasını təmin edir. Təhlükəsiz məsafəni qoruyub saxlamaq, irəlidəki avtomobili izləmək və ya hərəkət etmək yol şəraitinə görə dəyişərək avtomobilin sürüş vəziyyətini asanlaşdırır.

AEB avtomatik təcili əyləc sistemi də CS95-də mövcuddur. Bunun üçün 3 ağıllı funksiya - avtomobil məsafəsi xəbərdarlığı, irəli toqquşma xəbərdarlığı və toqquşma şiddətini yüngülləşdirmə sistemləri birgə çalışaraq qəza dərəcəsini yüngülləşdirə bilər.



Zolaqdan ayrılma xəbərdarlıq sistemi. Bosch MPC2Plus kamera sistemi ilə təchiz edilmiş CS95, yoldakı zolağı təyin edə bilir və zolaqdan çıxdığınız zaman sizi bu barədə xəbərdar edir. Beləliklə yolda baş verən qəzaların yorğunluqdan və ya diqqətinizin dağılması zamanı baş verməsi ehtimalını azaldır. Məsafə və keçid işıqları gecə sürüş zamanı avtomobil tərəfindən ağıllı şəkildə dəyişdirilə bilir. Qeyd etmək lazımdır ki, işıq sistemi tam LED sistemdir. CS95 eyni zamanda yoldakı sürət limitini tanıya bilir və sürətlənmənin qarşısını almaq imkanına malikdir.



Yüksək keyfiyyətli Pioneer Səs Sistemi CS95-in yalnız "Royal" (Kral) versiyasında əlçatandır. Bu keyfiyyətli sistem, hər sərnişinə yepyeni musiqi təcrübəsi təqdim etmək üçün 10 ədəd Hi-Fi Dinamik və güclü DSP səsgücləndirici ilə təchiz edilib. Klassik və Platinum versiyada bu səs sistemi təəssüf ki yoxdur.



İnteryerdə təhlükəsizliyinizi təmin etmək üçün ön hissədə 4 hava yastığı + yan hava pərdələri sizin təhlükəsizlik divarınızı təmin edir.



Bəs avtomobil bizə hansı texniki göstəriciləri vəd edir?

• CS95 - Motor 2.0 Turbo GDİ / V6 / 233 HP / 360 Nm / 0-100 = 10.5 saniyə / max sürət 190 km.h / trasda 7.6 L, şəhərdə 13.5 L / tam ötürücü / 6 pilləli transmissiya / uzunluq 4949 mm, eni 1930 mm, hündürlük 1790 mm, təkər bazası 2810 mm / təkər ölçüsü 245/55 R19 / ağırlıq 2117 kq / yanacaq tutumu 74 L








Rəylər

Oxşar məqalələr

1994 Mercedes w124 E500

1994 Mercedes w124 E500

2011-2014 Dodge Charger

2011-2014 Dodge Charger

Changan F70 Pickup

Changan F70 Pickup

Yeni Krossover Changan CS75 Plus

Yeni Krossover Changan CS75 Plus

Modern və Kompakt. Changan CS15

Modern və Kompakt. Changan CS15