Yeni Changan Eado DT

Yeni Changan Eado DT

Changan avtomobil şirkəti cəzbedici yeni dizayn ilə Yeni Eado modelini təqdim etdi. Ön radiator barmaqlıqları kəpənək şəkilli dizayn edildi. Eado modeli Çinli şirkətin kiçik ailə avtomobili olub "C" seqmentində kompakt avtomobillər sırasında yer alır. 1-ci nəsil Eado modeli 2012-ci ildə satışa çıxarılmışdı. 6 il sonra, yəni 2018-ci ildə yenilənmiş dizaynla Yeni Eado qarşımıza çıxdı.



Yeni Eado-nun Eado XT (xecbeq), Eado EV (elektrikli) və Eado Plus Standart və Sport modelləri (2020 facelift sedan) mövcuddur. Mühərrik seçimlərində 1.6 L 4 silindir, 1.5 L Turbo 4 silindir və 1.0 L 3 silindirli variantlar mövcuddur. Transmissiya növləri isə 5 pilləli mexanika, 6 pilləli sadə avtomatik ötürücülü və 7 pilləli iki muftalı robot transmissiya kimi təşkil edir.



Yeni görünüş üçün xrom dekorasiya, kəpənək görünümlü ön radiator barmaqlığı, avtomatik uzaq və qısa LED fara sistemi, LED DRL gündüz işıq sistemi əlavə edildi. Gövdə xətlərini tam çevrələyən çərçivəni 16 və 17 dyümlük sport disklər tamamladı. Dinamik dizaynlı yan aynalar, xrom örtüklü qapı qolları, xrom örtüklü qapı çərçivəsi və pianino boyalı "B" dirsəyi bu yeni görkəmə gözəllik əlavə etdi. Arxa fənərlərdə də LED əyləc işıqları və LED park işıqları əlavə edildi.



Zövqlə hazırlanmış geniş interyer fərqli rəng seçimləri ilə alıcılara təqdim edilir. Sürücünün diz məsafəsini geniş tutmaq üçün düz dabanlı elektronik sükandan istifadə edilib. Bu sükanda 4 ədəd idarəedici tənzimləmə mövcuddur.

İnteryerdə xarici səsləri azaltmaq, titrəyiş və sərtliyi aradan qaldırmaq üçün bir çox texnologiyadan istifadə edilib: PVBsəs izolyasiyası, daha qalın şüşələr, boşluq doldurucu sədd materialları və 38 DB boş səs-küy qabaqlayıcı təbəqə. İzolyasiyanı tam təmin etmək üçün gövdənin 45 nöqtəsinə PVB materialı çəkilib. Avtomobilin iç genişliyi 1460 mm-dir. Salonda irili xırdalı 35-dən çox əşya gizlətmə bölmələri mövcuddur.

Yüksək ölçülü 10.25 dyümlük sensor ekran tema dəstəklidir. Zövqünüzə uyğun olaraq temalar içindən klassik, sport və texnolojik rejimini seçə bilərsiniz. Bu ekrandan avtomobilin gövdə, işıq, AC, öndən toqquşma zamanı köməkçi sistem və sürət tənzimləyici seçimlərini özünüzə uyğun dəyişə bilərsiniz. TPMS sisteminin köməyilə bu geniş ekranda bütün təkərlərin hava təzyiqinə daim nəzarət edə bilərsiniz.



Sərnişinlər və sizin üçün seqmentində lider hesab ediləcək dərəcədə böyük olan 500 L-lik yük bölməsi mövcuddur. Baqajın maksimum dərinliyi 1005 mm, genişliyi 1360 mm, yüksəkliyi 455 mm təşkil edir.



Oturacaqlar dəri örtüklə üzlənmişdir. Sürücünün əyləşdiyi oturacaq 2 nəfərlik yaddaş paketli və 6 istiqamətli hərəkəti təmin edən elektrik mühərriklidir. 4 qapının hər birində yumuşaq dirsəkliklər, öndə və arxada da olmaqla orta hissədə dirsəkliklər yerləşdirilmişdir.



Salonda ənənəvi mexaniki kondisioner yox, daha müasir texnologiya olan klimat kontroldan istifadə edilib. Xüsusi filterlər sayəsində eksteryerdəki hava təmizlənərək "meşə havası" saflığında salona daxil olur.



Premium avtomobillərdə gördüyümüz ağıllı radar sistemi yeni Eadoda da var. Adaptiv sürət tənzimləyici sistemi (ACC) daim siz təyin etdiyiniz sürətdə çalışacaq, önünüzdəki avtomobil ilə təyin edilən məsafəni qoruyacaq. Önünüzdəki avtomobil yavaşladığı zaman sizin avtomobiliniz də bu sistem sayəsində yavaşlayacaq, öndəki avtomobil tam dayandıqda sizin avtomobil də tam dayanacaq. Önünüzdəki avtomobil təhlükəsiz məsafədə olduğu zaman sürətlənməyə başlasa, sizin Eado da yenidən sürətini artıracaq.

Ön hissədə yerləşən Bosch 77Ghz millimetr dalğa radarı sürət tənzimləməklə yanaşı, 170 metr məsafədən öndən toqquşma ehtimalını hesablaya bilir və nəticədə avtomobil AEB sisteminin köməyilə avtomatik əyləcə basır.



Avtomobili təpədə tutma sistemi (HHC) də sizə kömək edəcək. Belə ki, yoxuşda avtomobili saxlayıb yenidən hərəkət etdirdiyiniz zaman arxaya axma prosesi baş vermədən siz rahatlıqla yoxuşu qalxacaqsınız.



Elektronik parkovka əyləci (EPB yəni "ruçnoy") mühərriki söndürdüyünüz zaman avtomatik olaraq işə düşür. Siz qaz pedalına basdığınız zaman da avtomatik olaraq deaktiv olacaq.



Aisin 6 pilləli transmissiyası sürüş zövqünüzü qarşılayacaqdır. Burada AMT, Sport və Yoxuş rejimi mövcuddur. Nasazlanmalar zamanı transmissiya qoruyucusu da düşünülüb. Bir pillədən digərinə keçid cəmi 0.8 saniyəyə baş verir.

1.6 L GDİ mühərrikin də 3 əsas üstünlüyü var. Mühərrik güclüdür, cəld sürətlənməni təmin edir və emissiya dəyəri aşağıdır. Digər tərəfdən isə daha az yanacaq sərfiyyatına malikdir. Mühərrik tamamilə alüminiumdan hazırlanıb və maksimal dövrü 168 Nm olmaqla yanaşı, səssiz və sağlamdır.

Amartizator sistemində öndə MacPherson, arxada Torsion Beam istifadə edilib.



Təhlükəsizliyi təmin etmək üçün Elektronik Tarazlıq Proqramı da (ESP) təmin edilib. Yol şəraitinin pis olması ilə yanaşı qəfil manevr etmək üçün Bosch 9.3 ESP sistemi bu Eadoda quraşdırıldı.



PAB sistemi təhlükəsiz məsafə xəbərdarlığını 65-150 km/s sürətlərində edər.
Hərəkətsiz bir cismə yaxınlaşma xəbərdarlığını 30-85 km/s sürətində, hərəkətli cismə isə 30-150 km/s sürətində edir.
4-48 km/s sürətində isə hərəkətsiz cism aşkar etdikdə ani əyləc edir. Ən qısa əyləc məsafəsini 100-0 sürət azalmasında 35.6 metrdə 17 dyümlük disklərlə gerçəkləşdirir.



Bəs bu avtomobildə təhlükəsizlik necə düşünülüb? Yüksək səmərəli enerji uducu çərçivə gövdə (HEEAB) başdan sona hesablanıb. Materialın 51.6 faizi yüksək sərtlikdəki Polad təşkil edir. Bu materialın gücü 1400 Mpa-a qədər çıxa bilir. Avtomobilin dam hissəsi avtomobilin öz ağırlığının 3 qatını daşıya bilir. Bir sözlə çox dözümlü gövdəyə malik modeldir.

Salonda əyləşən şəxslərin digər tərəfdən təhlükəsizliyini təmin etmək üçün ön və yan olmaqla, cəmi 8 ədəd hava yastığı quraşdırılıb.



Bəs avtomobil bizə hansı texniki göstəriciləri vəd edir?

7 pilləli robot transmissiyalı 1.4 Turbo 158 HP 258 Nm olduğu halda, 100 sürətini 9.3 saniyəyə toplayır.

• Eado - Motor 1.6 GDİ / L4 / 126 HP / 168 Nm / 0-100 = 11.6 saniyə / max sürət 190 km.h / qarışıq yanacaq sərfiyyatı 6.1 L / ön ötürücü / 6 pilləli transmissiya / uzunluq 4710 mm, eni 1820 mm, hündürlük 1505 mm, təkər bazası 2700 mm / təkər ölçüsü 215/50 R17 / ağırlıq 1325 kq / baqaj 500 L / yanacaq tutumu 53 L


















Rəylər

Oxşar məqalələr

1994 Mercedes w124 E500

1994 Mercedes w124 E500

2011-2014 Dodge Charger

2011-2014 Dodge Charger

Changan F70 Pickup

Changan F70 Pickup

Yeni Krossover Changan CS75 Plus

Yeni Krossover Changan CS75 Plus

Modern və Kompakt. Changan CS15

Modern və Kompakt. Changan CS15