Changan CS85 ilə gələcəyə addım atın

Changan CS85 ilə gələcəyə addım atın

Changan-ın ilk kupesi olan CS85, ilk dəfə ictimaiyyətə nümayiş olundu və Çinin ağıllı nəqliyyat vasitələrinin inkişafını sürətləndirəcəyinə əmin ola bilərsiniz. CS85 modeli "Dynamic Vitality" dizayn fəlsəfəsini hetçbek SUV ilə birləşdirir. Changan-ın SUV ailəsinin ilk kupesi olan CS85 ön hissəsində güclü vizual ailə avtomobili təsiri göstərir və aqressivliyi ilə bizi heyran edir. Sport Coupe dizaynı avtomobilə cazibədar dizayn verir, Nebula təkər göbəkciyi onun tam dinamik olmasını sübut edir.



Avtomobilin bənzərsiz və texnolojik olmasına baxmayaraq, Faralar tam LED işıqldır və bu işıqlar ABB və digər lüks brend şirkətlər tərəfindən təqdim olunan 3D stereo lampa lentini istifadə edir. Bununla yanaşı, faralar Osramın ənənəvi fara parlaqlığını ikiqat artıran və 50 min saata (30 il) qədər işləyən yüksək effektiv LED çiplərindən istifadə edir. Ön fənərlər Kristal, duman lampaları isə Matrix tiplidir. Transvers dizayn avtomobilin arxa tərəfinə də tətbiq edilir, avtomobilin genişliyini vizual olaraq artırır. İkitərəfli ikiqat eqzoz çıxışları onun idman performansını vurğulayır.



Changan CS85'nin ümumi daxili stili dinamik, zərif və lüksdür. Avtomobilin daxili bəzəyi ikiqat "real" tikiş xətlərini tətbiq edir. İstifadəçilərin ən çox ünsiyyət qurduğu A sahəsi, digər nəqliyyat vasitələri ilə eyni səviyyədə olmayan 100% yumşaq iç məkan ilə dekorasiya edilmişdir. Lüks sport oturacaqlar sizi mükəmməl qucaqlayaraq avtomobilin sportiv ruhunu hiss etdirər. "Meşə havası" adı verilən salonun havasını təmizləyən sistem keyfiyyətli avtomobil ömrü təmin edər.

Alətlər paneli SM texnologiyasını, qapı panelindəki dekorativ lövhə isə IMG texnologiyasını mənimsəyir. Salonda istifadə olunan incə dəri birləşmələr daha yaxşı toxunuşa malikdir.



Sürücü və ön sərnişin oturacağı üçün düzgün şəkildə dizayn edilmiş və qabaqcıl yumşaq örtük çəkilmiş dirsəkaltı kabinəsi sərnişinləri diqqətli şəkildə əhatə edir. Ümumi nəzarət və yüksək dayanma qabiliyyəti olan mərkəzi idarəetmə sistemi də eyni səviyyədə geniş və rahatdır. Changan-ın 12.3 dyümlük HD LCD ekranı və 10.25 düymlük LCD paneli ilə təchiz edilmiş CS85 modelini istifadəyə rahat şəkilə gətirir. 1920*720 ölçü mükəmməl rəsm və görüntüləri hardasa gerçəyə geri döndərir. İstifadəçilər zövqə görə ehtiyaclarını ödəmək üçün həm paneldə, həm də ekranda üç mövzu (tema) rejimini seçə bilərlər.



Changan CS85-dəki "blue whale 2.0T + Aisin 8AT" (mühərrik və transmissiya) qızıl ikili güc birləşməsi yanacaq sərfiyyatını azaldır, pedala sürətli cavab verir və sürətlənmədə daha da yüksək performans göstərir. Avtomobilin sürətlənmə müddəti öz sinifində olan digər avtomobillərdə olduğundan 25% sürətli gerçəkləşir. Bu da onun 2.0 L mühərriklə 100 km/s sürətinə cəmi 7.5 saniyəyə çatması deməkdir. Bosch elektronik tənzimləməli əyləc sistemi sürüş zamanı sizin avtomobilə tam hakim olmağınızı təmin edər, tam seriyalı elektronik pillə dəyişmə sistemi transmissiya keçidlərini sizə hiss etdirmədən fantastik amartizator sisteminin yüksək performansı ilə birgə sürüş tərzini tam əyləncəli hala gətirər.



Premium avtomobillərdə gördüyümüz Ağıllı yol sürüş sistemi CS85-də mövcuddur. Hər şey avtomobilin kontrolu altında olduğu müddət rahat, sakit sürüşünüzə komfort əlavə edin. Tencent TAI ağıllı sürüş sistemi ilə bərabər IACC adaptiv kruiz kontrol sisteminə inteqrasiya edilmiş avto pilot sistemi birgə çalışır. APA 4.0 avtomatik park sistemi ilə park etmək problemləri aradan qalxar. Sürüş təhlükəsizliyini azaltmaq üçün LCDA paralel köməkçi sistemi də daim sizinlədir.



Dam hissəsinin sportiv dizaynı ilə birgə arxa hissədən də sportiv olan avtomobil, aerodinamik dizayn, daim açıq görünən arxa əyləc lampaları, 4 ədəd yüksək keyfiyyətli materialla örtülmüş eqzoz çıxışları bir birini tamamlayır. Transvers şəklində dizayn avtomobilin genişliyini vizual olaraq artırır.



2705 mm təkər bazası CS85-i seqmentində komfortlu edir, Sport Coupe SUV olmasına baxmayaraq sərnişinlər üçün 950 mm baş məsafəsi və qucaqlayan kabin təmin edir. Salon rəngindən 64 rəng tonundan birini seçib LED işıq sistemi ilə daxili məkanınızı bəzəyə bilərsiniz. Yüksək keyfiyyətli dəri, metal, tikiş texnologiyası, 8 istiqamətdə tənzimlənə bilən erqonomik oturacaqlar isitmə və havalandırma sisteminə malikdir.



İrəlidə gedən NVH texnologiyası ilə avtomobilin salonu sizə səssiz, təmiz və sağlıqlı məkan təklif edir. İki zonalı klimat kontrol, "meşə havası" təmizləmə sistemi, düz daban dizaynına malik "D" şəkilli çox funksiyalı sükan sürücü ayaq məsafəsi üçün daha çox məsafə təmin edər. Erqonomik dizayna malik, yaxta tərzi transmissiya qolu yüksək keyfiyyətli dəri ilə örtülmüş, əsası xrom və pianino boyası ilə təmin edilmişdir. Avtomobildə "Start-Stop" və baqaj qapağını avtomatik bağlayan düymələr mövcuddur. Bu funksiyaları siz uzaq məsafədən pult vasitəsilə də edə bilərsiniz.



Bəs avtomobil bizə hansı texniki göstəriciləri təmin edir?

• CS 85 - Motor 2.0 Turbo GDİ / L4 / 233 HP / 360 Nm / 0-100 = 7.5 saniyə / max sürət 190 km.h / trasda 6.6 L, şəhərdə 11 L / ön ötürücü / 8 pilləli transmissiya / uzunluq 4720 mm, eni 1845 mm, hündürlük 1665 mm, təkər bazası 2705 mm / təkər ölçüsü 225/55 R19 / ağırlıq 1730 kq / baqaj 418 L / yanacaq tutumu 58 L















Rəylər

Oxşar məqalələr

Changan F70 Pickup

Changan F70 Pickup

Yeni Krossover Changan CS75 Plus

Yeni Krossover Changan CS75 Plus

Modern və Kompakt. Changan CS15

Modern və Kompakt. Changan CS15

Changan CS95 SUV

Changan CS95 SUV

Yeni Changan Eado DT

Yeni Changan Eado DT

Yeni 2020 Bmw 5-ci Seriya

Yeni 2020 Bmw 5-ci Seriya